75 yaşında məzun olan, tədbirə əsa ilə gələn tələbə dünya gündəmində... - FOTOLAR, VİDEO

Türkiyənin Edirne şəhərində maraqlı məzuniyyət şənliyi baş tutub. Edirnedə yaşayan 75 yaşlı Şevki Kılıç ədəbiyyat fakültəsi, tarix bölümündə təhsil alıb. 3 illik təhsilini başa vuran 75 yaşlı tələbənin məzun olması hər kəs tərəfindən maraqla qarşılanıb. Onun məzun tədbirinə əsa ilə qatılması da diqqət çəkib.

Görüntülər sosial şəbəkədə sürətlə yayılıb və geniş müzakirələrə yol açıb. Cəmiyyət tərəfindən böyük dəstək alan 75 yaşlı tələbə məzun olma sevincini dostları ilə bölüşüb.

Trakya universitetindən məzun olan Şevki Kılıç tədbirdə öz ürək sözlərini deyib: “İstanbulda 1983-cü ildə ilk dəfə universitetə qəbul olmuşdum. Lakin həmin dönəmdə işləyib, pul qazanmaq məcburiyyətim olduğu üçün təhsilimi ala bilmədim. İllər sonra ilk dəfə 2011-ci ildə yenidən universitetə qəbul olmağa qərar verdim. Bir çox adam yaşımın çox olmasına görə mənim bu davranışıma qəribə baxırdı. Lakin mən buna fikir vermirdim. 2011-ci ildə universitetə qəbul oldum, amma ingilis dilini zəif bildiyim üçün universiteti tam bitirə bilmədim. Daha sonra 2016-cı ildə Trakya universitetinə qəbul oldum. Edirne bələdiyyə sədrinin dəstəyi ilə ingilis dili kurslarına qatıldım və 4 illik universiteti 3 il ərzində bitirməyə müvəffəq oldum. Çox xoşbəxtəm. Bundan sonrakı hədəfim aspiranturadır”.

75 yaşında məzun olan, tədbirə əsa ilə gələn tələbə dünya gündəmində... - FOTOLAR, VİDEO

Şevki Kılıçın orta məktəb məzunu olan qızı da atası haqqında fikirlərini mətbuat işçiləri ilə bölüşüb: “Atamı o səhnədə görəndə çox həyəcanlandım. Bu işi bacarmasını hər kəs kimi mən də təqdir edirəm. Atam hər zaman oxuyan, hər şeyi araşdırmağı sevən bir insan olub. Bunun üçün onunla hər zaman qürur duyuram”.

75 yaşında məzun olan, tədbirə əsa ilə gələn tələbə dünya gündəmində... - FOTOLAR, VİDEO

Tədbirin sonunda 75 yaşlı tələbənin yoldaşları da onun haqqında öz fikirlərini deyiblər. Onlar Şevki Kılıçın yaxşı bir tələbə olduğunu və ondan çox şey öyrəndiklərini dilə gətiriblər.

Sözügedən 75 yaşlı tələbənin fotolarını sizlərə təqdim edirik.

Turan Oruc,
Musavat.com

75 yaşında məzun olan, tədbirə əsa ilə gələn tələbə dünya gündəmində... - FOTOLAR, VİDEO