Bakı Olimpiya Stadionunda baş tutan “Çelsi”-“Arsenal” matçını izləyənlər arasında Azərbaycanın yüksək vəzifəli məmurları da var.
“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də matçı stadionda izləyənlər arasındadır.