Bazar ertəsi, 27 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Oğlunu satmağa görə həbs olunan anadan etiraf – VİDEO

TURAN
21/05/2019 12:31
0
BAXIŞ
FacebookTwitterTelegram

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında keçmiş məhkum Zöhrə İskəndərovanın həyat hekayəsi və gələcək planlarından danışılıb:

Zöhrə İskəndərova – 8 il azadlıqdan məhrum olunmuş qadın: “Şəmkir rayonunda anadan olmuşam. 1989-cu il təvəllüdəm Mənim də bəzi gənc qızlar kimi arzularım var idi. Amma olmadı, heç biri həyata keçmədi, daha doğrusu qoymadılar keçsin. Kasıb ailədə anadan olmuşam. 3 uşa olmuşuq. 2 qız, 1oğlan. Anam bizi orda-burda işləyib, əziyyət çəkib saxlayırdı. Məni bibimin oğul nəvəsinə nişanladılar. 18 yaşım hələ tamam deyildi. Atam narazılığını bildirdi, dedi ki, mənim qohumlarımdır və mən onları yaxşı tanıyıram, getmə.

Sonra mənə xəbər çatdı ki, qayınatam bizimlə qohum olmaq istəmir. Atam içir deyə istəmirdi, amma özü də içən, qumarbazın biri idi. Dedim lap yaxşı, istəmirsə məcburi ailə olmaz. Nişanı qaytarmaq niyyətimi bildirmək üçün zəng elədim nişanlıma, yəni Pərvizə. O da dedi ki, elə söhbət yoxdur, yalandır. Əsəbiləşdi, özündən çıxdı, dedi ki, mən səni, üzüyü atmaram. Bir-iki gün keçməmiş bizə qonaq gəldilər. Mənə dedi ki, gedək bir az çöldə söhbət edək, biraz uzaqlaşmışdıq ki, məni götürüb qaçırdılar. Kənd yerində qaçırılan qız bir də qayıtmaz. Bizdə problem böyüklərdən, bizim ailə ilə onların ailəsinin davasından başladı.

Ziyan da mənə dəydi. Oğluma 8 aylıq hamilə idim, gəldim atamın yurduna. Anam Bakıda yaşayırdı. Dözmədim, uşağımı da götürüb gəldim anamın yanına. Gəldim anamın əziyyətini görüb daha pis oldum. Kafedə süpürgəçi işləyirdi. Zəng edib dedim ki, uşağa görə 3 ildir mən əziyyət çəkirəm, biraz kömək et. Anam nə qədər əziyyət çəksin bizə. Dedi mənim uşağım yoxdur, mən onu qəbul etmirəm, nə uşaq? Dedim ki, mən uşağı verəcəm imkanlı ailəyə, səndən yaxşı ata, məndən yaxşı ana olacaqlar ona.

Hirslənib telefonu söndürdüm. Bizim evə ailəli dost oğlan var idi,o gəlib gedirdi. O da indi məhkumdur. Mən artıq hazırlaşırdım ki, uşaq evinə getməyə. Murada dedim ki, mənə kömək elə. Yolda gedirdim maşınla qabağımı kəsdilər. Dedi ki, Muradın dostuyam, gəl bir az söhbət edək, oturdum maşına. Günahım elə onda oldu. Dedi ki, Murad bizlə əlaqə saxlayıb, eşitdik ki, uşağını övladlıq vermək istəyirsən. Mənim qohumlarım uşağı götürmək istəyir, verək onlar saxlasın. Həftədə də bir dəfə gəlib uşağını görərsən. Sizə bir təklifi var dedi. Soruşdum nə təklifidir? Arxadan mənə 10 min manat uzatdı. Dedi götür bunu, özünə, ev, torpaq alarsan.

Dedim ay qardaş sağolun, Murad mənə yaxşılıq edib. Mən uşağımı vermirəm. Bunları başa düşmürdüm ki, uşaq alveri, uşaq ver, pulu al. Hələ də anlamırdım. Murad dedi ki, yaxşı düş qabaqdan uşağı götür. Düşəndə məni tutdular. Polis dedi neynirsən burda, uşaq sənindi? Dedim hə mənim oğlumdur. Sumkamı açdılar, 10 min manat çıxdı. Dedi bəs bu nə puldur, uşağını satırdın? Dedim yox, mən uşağımı satmırdım. Bu nə puldu soruşanda, Elşəndən soruşun dedim. Elşən Muradın da mənim də evimi yıxdı. Murad o yana, həm azadlığımı, həm də balamı əlimdən aldı. Allah bağışlamaz.

Allah bağışlasa da, mən bağışlamayacam. “Nəylə tutulmusan?”soruşanda nə deyə, nə də susa bilirəm. Çünki gec-tez hamısı məlum olur, hamı bir-birini tanıyır. Rayon qızı idim, bilmirdim. Övladlığa belə and olsun Allaha vermək istəmirdim. Mənim günahım onda oldu ki, maşına oturdum. Məqsədim uşağıma gün almaq üçün uşaq evinə qoymaq idi, satmaq yox. Böyüyəndə də mənə nifrət edəcək bu işimə görə. Heç kim başa düşmür məni, böyüklər başa düşmədi, öz doğma atam mənə inanmadı.

Onlar başa düməyəndən sonra uşaq hardan başa düşəcək, deyəcək sən məni satdın! Ən böyük arzum burdan çıxıb, uşağımı geri qaytarmaqdır. Belə bir sualım var. Bizim kimi dustaqlara ikinci şans verirlər? Mənə ikinci şans verilər? Övladımla qovuşmaq, yenidən ana olmaq üçün. Daha sonra oğlumla məhkəmədə görüşdüm. Əfv üçün ərizə yazdım. Yeni ili azadlıqda, anam və oğlumla birgə keçirməyi arzuladım. Arzum reallaşdı. İnanmırdım ki, əfv siyahısına düşə biləm, elə bir ümidim də yox idi. Azadlıqdayam! Şükür”.

Həqiqət İsgəndərova – məhkumun anası: “Ayın 30-u hazırlaşırdım yanına gəlməyə. Birdən zəng gədi, dedi ki, mama əfv olundum, sabah gəl, məni buradan çıxar. Çox sevindim”.

DAHA ÇOX OXU

1-MANŞET

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38
1-MANŞET

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16
1-MANŞET

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu KÜSDÜRÜB? – “Xırda detaldır…”

27/03/2023 07:08
1-MANŞET

Hansı bürc bu gün nələrə diqqət etməlidir? – Günə başlamazdan öncə önəmli TÖVSİYYƏLƏR

27/03/2023 06:58
Flash

Çağatayla Afra sevgilidir?

27/03/2023 05:26
1-MANŞET

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib – FOTO

27/03/2023 00:12
SON XƏBƏR

Təhsil Nazirliyindən xaricdə oxumağa hazırlaşanlara XƏBƏRDARLIQ

"Tarqovı"ya giriş 7 günlük qadağan edilir – VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

Günay Musayeva sevgilisini bıçaqladı – VİDEO

Xəbər lenti

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38

Bakı bulvarında intihar edən şəxs müəllim imiş – Foto

27/03/2023 10:06

Bakıda 19 yaşlı gənci avtomobil vurub, sürücü hadisə yerindən qaçıb

27/03/2023 09:52

Dünyanın ən məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirilib

27/03/2023 09:22

Məşhur aktyor VƏFAT ETDİ – FOTO

27/03/2023 09:13

Apreldə 12 gün iş olmayacaq

27/03/2023 09:02

General Rüstəm Muradov barəsində ŞOK İDDİA

27/03/2023 08:52

İpoteka ilə ev almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR – Bu şəxslər… – VİDEO

27/03/2023 08:49

Misirdə çəkilən bu GÖRÜNTÜLƏR gündəm oldu – 2000-dən çox qoç başı …-FOTO

27/03/2023 08:43

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu KÜSDÜRÜB? – “Xırda detaldır…”

27/03/2023 07:08

Hansı bürc bu gün nələrə diqqət etməlidir? – Günə başlamazdan öncə önəmli TÖVSİYYƏLƏR

27/03/2023 06:58

ABŞ Suriyadakı mövcudluğunu saxlayacaq

27/03/2023 06:52

“Kurtlar vadisi”nin aktyoru deputat olmaq istəyir

27/03/2023 06:34

Dağıntılar altından çıxarılan nənəsi vəfat etdi

27/03/2023 06:16

Bu fotolar “Harri Potter”in ulduzunun sirrini ortaya çıxartdı

27/03/2023 06:00

Çağatayla Afra sevgilidir?

27/03/2023 05:26

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib – FOTO

27/03/2023 00:12

Təbrizdə dahi şairimiz Məhəmməd Füzulinin heykəli təhqir olundu

26/03/2023 23:59

İlham Əliyevə Qalatasaray forması hədiyyə edildi – FOTO

26/03/2023 22:25

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın”

26/03/2023 21:50

Mehriban Əliyevadan “Qarabağ” – “Qalatasaray” oyunu ilə bağlı paylaşım

26/03/2023 21:30

Evdə cansız şəkildə tapıldı – müəmma çoxdur

26/03/2023 21:16

Ermənistanda və Yaponiyada zəlzələ olub

26/03/2023 21:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.