Bakıda hindli bəy və gəlinin dəbdəbəli toy məclisi baş tutub.
Toy “Bilgah Beach Hotel”də baş tutub. 4, 5 və 6 may tarixlərində keçirilən 5 tədbirdə ABŞ, Hindistan və BƏƏ-dən çox sayda qonaq iştirak edib.
Maniş və Barkha adlı cütlüyün dəbdəbəli toyuna milyon dollardan çox pul xərcləndiyi iddia olunur. Varlı ailənin övladları olan cütlüyün toyu həm Azərbaycanda, həm də BƏƏ-də baş tutub. Cütlüyün toyunda rəqs üçün xüsusi komanda dəvət edilib, onlar toy günü bəy və gəlinlə birgə rəqs ediblər.
Toyda yerli və xarici 7 fotoqraf iştirak edib. Dubayda fəaliyyət göstərən “Pooja” fotoqraf qrupu da cütlüklə birgə Azərbaycana gəlib.
Əldə etdiyimiz görüntülər arasında BƏƏ-də baş tutan toydan da görüntülər var. Toyun bir hissəsinin orada keçirilməsinin səbəbi cütlüyün BƏƏ-də yaşamasıdır. Hər iki gəncin ailəsi milyonlarla dollarlıq şirkət sahibidir.
Dəbdəbəli toydan görüntüləri təqdim edirik:
Dergi.az