Ötən gün Türkiyə Ali Seçki Komissiyası (YSK) İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticəsini ləğv edib.
Qaynarinfo xəbər verir ki, qərardan sonra insanlar, həmçinin ölkənin tanınmış şəxsləri bələdiyyə sədri seçilmiş Əkrəm İmamoğluna “#herşeyçokgüzelolacak” haştaqı ilə dəstəklərini nümayiş etdirib.
Həmin siyahıda Cem Yılmaz, Gülben Ergen, Haluk Levent, Hazal Kaya, Hande Doğandemir kimi məşhurlar var.
Qeyd edək ki, İstanbulda bələdiyyə seçkiləri 23 iyuna təyin edilib.