Türkiyənin Tokat şəhərində ağır yol qəzası baş verib.
Türkiyənin ATV kanalı xəbər verir ki, hadisə Rəşadiyə rayonunda qeydə alınıb. Yas mərasimindən qayıdan şəxsləri daşıyan avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 30-ü isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.