Müğənni Səidə Sultan yenidən məşhurların efirlərdə biabır edilməsi məsələsinə toxunub.
Axşam.az xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb:
“Biz o qədər harınlamışıq ki, bir insan həyatına dırnaq arası baxıb, asanlıqla yıxıb, ictimai qınağa, özünə qəsd etmək dərəcələrinə çatdırırıq. Niyə? Çünki biz qanunlarımızı bilmirik! Heç kəsin ixtiyarı deyil kiməsə bildi ya bilmədi çıxsın, ağzına gələni desin! Bəlkə elə mənim qohumum ya hər hansı kimsə məndən yanıqlıdır, mən neyləyim?
Bu, o dmeəkdir ki, həmin gözügötürməyənləri, paxıllığını çəkənləri, sənin pisliyini istəyənləri, işgüzar nüfuzuna xələr gətirənləri asanlıqla efirə buraxmalıyıq? Buna görə qanunla həmin pisliyi edən şəxslər də, efirdə şərait yaradanlar da məsuliyyət daşıyır. Tək mügənnilərdən söhbət getmir.Bəzi “qurddanquşluq” eliyənlərə bu sərf etmir! Axı, siz insanın ayıbını açmaq üçün ölürsünüz!
Allah ayıbları örtəndi! Siz kimsiniz? Bilin ki, etdiyiniz pisliklər gec-tez sizə qayıdacaq. Allah da sizin ayıbınızı çox pis açacaq! Heç kəs özünü mələk hiss etməsin! Çünki heç kəs süddən çıxmış ağ qaşıq deyil. Əziz azərbaycanlılar, biz öz hüquqlarımızı bilsək, bizə heç kəs bata bilməz!”.
Qeyd edək ki, ötən günlərdə müğənni Aysel Əlizadə və Sevda Yahyayeva barədə Xoşqədəm Hidayətqızının proqramında sərt ittihamlar yer almışdı.