Şri-Lankada kilsə və oteldə Pasxa mərasimi zamanı terror hadisəsi törədilib.
Qaynarinfo xəbər verir ki, paytaxt Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayış baş verib.
Törədilən 6 terror aktında ümumilikdə 42 nəfər ölüb, 283 nəfər yaralanıb.
Teraktın hansı təşkilat tərəfindən törədildiyi bilinmir.