Bakıda ağır qəzada ölən gəncin FOTOLARI

Martın 25-də Bakının Qaradağ rayonu ərazisində – Bakı-Qazax magistralının Sahil qəsəbəsindən keçən hissəsində ağır yol qəzasının baş verməsi barədə məlumat vermişdik.

Astara rayon sakini N.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilinin qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin sürdüyü yük maşınına çırpılması nəticəsində Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb.

Məlumata görə, bir neçə il əvvəl Xəzər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirən Hüseyn paytaxtda şirkətlərdən birində çalışırmış. Gənc oğlan bayram tətilindən qayıdarkən dəhşətli hadisə ilə üzləşib.

Yol qəzasında dünyasını dəyişən H.Abdullazadə subay olub. Onun bəzi fotolarını təqdim edirik.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Publika.az

Bakıda ağır qəzada ölən gəncin FOTOLARI
Bakıda ağır qəzada ölən gəncin FOTOLARI
Bakıda ağır qəzada ölən gəncin FOTOLARI
Bakıda ağır qəzada ölən gəncin FOTOLARI
Bakıda ağır qəzada ölən gəncin FOTOLARI