Tanınmış stilist Samiraldo bir müddət öncə oğlunun ölüm xəbərilə sarsılan əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, müğənninin son görüntülərini paylaşıb və bunları yazıb:
“Əziz anamız, canımız Zöhrə Abdullayeva. Bəzi şeylər sevilir, çünki onlar dəyərlidir. Bəzi şeylər dəyərlidir, çünki onlar sevilir. Qadınlar hər ikisinə layiqdir. 8 Mart bayramın mübarək! Biz sənin yanındayıq. Allah səbr versin!”
Qeyd edək ki, Abdullayevanın oğlu beyin xərçəngindən rəhmətə gedib.