“Eurovision 2011” qalibi Nigar Jamal yeni klipi üçün kamera qarşısına keçib.
BAKU.WS-in məlumatına görə, müğənni “Get həyatımdan” adlı mahnısını ekranlaşdırıb.
Nigar klipində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəylini çəkib.
Murad və Nigar çəkiliş zamanı lentə alınan şəkilləri “Instagram” hesabında paylaşıb.