MC&S-in media monitorinq qrupu yanvar ayı üzrə hesabat yayıb

MC&S-in media monitorinq qrupu 01-31 yanvar 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Qrupdan medianews.az-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya, 55 çap və 600 onlayn media daxil olmaqla 667-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik:

Mobil rabitə

Azercell 1579

Nar mobile 1275

Bakcell 877

Bank sektoru

ABB 1548

Kapital Bank 736

Bank Respublika 428

Unibank 310

Paşa Bank 305

Sığorta sektoru

Atəşgah 176

Standard 157

PAŞA 127

Azərsıgorta 119

AXA MBASK 105

Ali məktəblər

BDU 1753

UNEC 1398

ADU 913

BANM 656

ADPU 531

Hotel

Landmark 132

Hilton 86

Hyatt Regency 80

JW Marriott Absheron 58

Four Seasons 54