Məşhur Hollivud aktyoru Riçard Gir və həyat yoldaşı Aleksandra Silva növbəti dəfə valideyn olublar.
BAKU.WS Hola.com-a istinadən xəbər verir ki, aktyorun 35 yaşlı həyat yoldaşı oğul övladı dünyaya gətirib.
Ana və yeni doğulmuş körpə özlərini yaxşı hiss edir. Onlar hazırda Nyu-Yorkun ən yaxşı klinikalarının birindədir.
Cütlük isə bu barədə hələ də rəsmi məlumat verməyib.
Qeyd edək ki, yeni doğulan körpə hər iki valideynin ikinci övladıdır.