Dünyada ən soyuq sayılan yerlərin siyahısı açıqlanıb.
Britaniyanın Independent nəşrinin məlumatına görə, reytinqdə birinci yerdə Monqolustan paytaxtı Ulan-Bator qərarlaşıb.
Ulan-Batorda yanvar ayında havanın temperaturu nadir hallarda -16 dərəcədən yuxarı olur.
Siyahıya həmçinin Rusiyanın istifadə etdiyi “Vostok” stansiyası (Antarktida) daxil olub. Burada yayda havanın orta temperaturu -32 dərəcə təşkil edir.
Reytinqə Verxoyansk şəhəri (Rusiya), Denali dağı (Alyaska, ABŞ), Freyzer şəhəri (Kolorado, ABŞ), Snaq kəndi (Kanada), Yakutsk şəhəri (Rusiya) və Rocera aşırımı (ABŞ) da daxil olub.