Bazar, 29 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?

TURAN
08/01/2019 09:35
0
0
BAXIŞ
FacebookTwitterTelegram

İqtisadçı ekspertə görə, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır

Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi  artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun  növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin çəkisində müəyyən azalmaların olduğunu bildirirlər.

Unun qiymətinin  artmasını “Yeni Müsavat”a danışan çörək istehsalçıları da təsdiqləyiblər.

Təndir çörəyi satışı ilə məşğul olan kiçik sahibkar bir ay öncə  27 manata aldığı un kisəsini indi 28.50 manata aldığını bildirdi: “50 kiloqramlıq ”Mehriban” unu  27 manatdan 28.50 manata qalxdı, “Sarı Sünbül” ununun 50 kiloqramlıq kisəsi əvvəl 26 manat idi, sonra 26.50-yə qalxdı, indi də 27.50 manatdır. “Karmen” unu 25.40 manatdan 27 manata qalxdı. Öncəki aylarda 30-40 qəpiklik cüzi artım baş verirdisə, son bir ayda 1 manat bahalaşma oldu”.

“Yeni Müsavat”a açıqlama verən “Gilan Holdinq №1″ çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov  da təsdiqlədi ki, unun qiymətində son aylar bahalaşma var: ”Bu da bizim işimizə birbaşa  təsir edir, unun qiyməti qalxırsa, çörəyin maya dəyəri də artır. Hələ ki çörəyin çəkisini azaltmamışıq. Hazırda ziyanla işləyirik. Unun qiymətinin tənzimlənməyini istəyirik. Son 6 ayda unun qiyməti orta hesabla 40 faizə qədər qalxıb. Əvvəllər kiloqramını 39 qəpiyə alırdıq, indi isə 53-55 qəpiyə qalxıb. Fikrimcə, səbəb xarici amillərlə bağlıdır. Biz unu, buğdanı xaricdən idxal edirik. Rusiyada məhsul az olub, qıtlıq olduğu üçün qiymətin qalxdığını düşünürük”.

Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?

Ekspertlər isə unun bahalaşmasına səbəb kimi dünya bazarında baş verən qiymət artımı göstərirlər. Çünki Azərbaycana ərzaq buğdası xaricdən idxal olunur. Unun qiyməti ilə bağlı market və mağazalarda apardığımız müşahidə zamanı bahalaşmanın şahidi olduq. Çəki ilə satılan unun qiymətində 4-5 qəpik, bəzi kağız bağlamalardakı unun qiymətində isə 10 qəpik civarında artım var.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, dünya bazarında taxılın qiymətində baş verən dəyişikliyə daxili bazarın reaksiyasıdır: “Bu daha çox informativ təsirlərdir. Ticarətlə məşğul olan insanlar hər fürsətdən məharətlə istifadə edirlər. Bundan öncə baş verən qiymət artımlarında da biz bunun şahidi olduq. Qiymət artımında hazırda əsas faktor manatın məzənnəsi ola bilərdi ki, o  da hələ ki sabitdir və yaxın zamanlarda dəyişəcəyi gözlənilmir”.

Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?

İqtisadçı onu da vurğuladı ki, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır: “Azərbaycanın taxılla bağlı əsas problemlərindən biri də budur ki, əlavə növ taxıl buğdasını xaricdən idxal edirik. Yüksək keyfiyyətli un üçün lazım olan taxılı istehsal edə bilmirik. Ona görə də bizim taxılın keyfiyyəti o səviyyədə deyil ki, bazarın tələbatı onunla ödənilsin. Gərək məhsulun əkininin strukturunda müəyyən dəyişikliklər edilsin. Mən bu mövzuda mütəxəssislərlə də söhbət eləmişəm. Yerli şəraitin də müəyyən təsirləri var. Ancaq bunu  təkcə şəraitlə bağlamaq düzgün deyil. İndi müasir texnologiyalar imkan verir ki, hətta şoran torpaqda belə istədiyiniz məhsulu əldə edəsiniz. Bu mərhələni adlamaq mümkündür. Hazırda bazarlarda satılan yüksək keyfiyyətli unun taxılı xaricdən gətirilir. Ona görə də buğda idxalı çox böyük rəqəmlərlə ifadə olunur. Əsasən Rusiya və Qazaxıstandan idxal olunur”.

F.Yusifovun sözlərinə görə, dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı çıxışlarında bu məsələ çox ciddi şəkildə qoyulub: “Kənd Təsərrüfatı Nazirliyinin qarşısında tələb qoyulub ki, taxıl balansında olan vəziyyəti düzəltmək üçün tədbirlər görülsün. Ancaq o proqramların reallaşması nə zaman baş verəcək, bunu  demək çətindir. Digər bir məsələ isə odur ki, çox ciddi investisiya tələb edən bu sahədə iş adamlarının vəsaiti sığortalanmır. Çünki aqrar sığorta məsələsi tam reallaşmayıb. Məsələyə kompleks yanaşmaq lazımdır. Bu işi görən sahibkar öz yatırımını sığortalamaq istəyir. Biz bu sahənin problemlərini həll edib idxaldan asılılığımızı azaltmaq istəyiriksə yüksək keyfiyyətli taxıl əkini üçün hər şəraiti yaratmalıyıq”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan son statistik məlumata əsasən, ötən ilin 11 ayında  ölkəmizə 992 353.87  ton buğda idxal olunub və bunun üçün 187 milyon 540 min 920 min ABŞ dolları vəsait xərclənib. Bu rəqəmləri nəzərə alsaq, deyə bilərik ki, bir ton ərzaq buğdası 188 dollara, yəni təxminən 320 manata başa gəlir.

Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, 2017-ci ilin 11 ayında  1 milyon 120 min 804.47 ton buğda idxal edilib və bunun üçün  200 milyon 631min 780 ABŞ dolları vəsait xərclənib.  Belə olan halda, buğdanın 1 tonu 179 dollara başa gəlib və bu da manat ifadəsində 304 manata bərabərdir. Buğdanın hər tonuna görə 16 manatlıq bahalaşma sonda unun qiymətində də öz əksini tapır.

Artımın səbəbi ötən il dünyada taxıl istehsalının aşağı düşməsidir. Belə ki, Beynəlxalq Taxıl Şurasının məlumatına görə, ötən il avqustun 2-dək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 758 milyon ton idi.  Əsas taxıl ixracatçılarından olan Rusiyada da taxıl istehsalında geriləmənin olduğu bildirilir. Bütün bunlar həm birbaşa, həm də informativ olaraq unun qiymətinə təsir göstərir. Bunun çörəyin qiymətinə və ya çəkisinə necə təsir göstərəcəyini isə qarşıdakı dövrdə görə biləcəyik.

DAHA ÇOX OXU

1-MANŞET

Zelenski dünyanı gözləyən ərzaq böhranının başlayacağı TARİXİ AÇIQLADI (VİDEO)

28/05/2022
1-MANŞET

30-dan çox insanı aldadıb – Gözəlliyi və dələduzluğu ilə gündəm oldu – VİDEO, FOTO

28/05/2022
export

ŞOK GÖRÜNTÜLƏR – 6 yaşlı qıza qarşı əxlaqsızlıq edən şəxs belə linç edildi – VİDEO

28/05/2022
export

16 yaşlı gənc qız özünü binadan atdı – ANBAAN VİDEO

28/05/2022
export

İmtahanda yüksək bal toplayan məktəbli intihar etdi – FOTO

28/05/2022
1-MANŞET

Festivaldan xoş GÖRÜNTÜLƏR – VİDEO

28/05/2022
SON XƏBƏR

Rüfət Aslanlının ölkədən çıxışına niyə qadağa qoyulub?

Azərbaycanlı futbolçuların maşınları: "Porsche Panamera", "Maserati"...

Lənkəranda yeni doğulan əkizlərdən biri öldü

Xəbər lenti

Zelenski dünyanı gözləyən ərzaq böhranının başlayacağı TARİXİ AÇIQLADI (VİDEO)

2022/05/28 23:44

30-dan çox insanı aldadıb – Gözəlliyi və dələduzluğu ilə gündəm oldu – VİDEO, FOTO

2022/05/28 23:29

ŞOK GÖRÜNTÜLƏR – 6 yaşlı qıza qarşı əxlaqsızlıq edən şəxs belə linç edildi – VİDEO

2022/05/28 23:13

16 yaşlı gənc qız özünü binadan atdı – ANBAAN VİDEO

2022/05/28 23:01

İmtahanda yüksək bal toplayan məktəbli intihar etdi – FOTO

2022/05/28 21:53

Festivaldan xoş GÖRÜNTÜLƏR – VİDEO

2022/05/28 20:13

Füzulidə 23 yaşlı gənc minaya düşdü

2022/05/28 19:48

Bərdədə üzücü olay:Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı

2022/05/28 19:06

Kreml Paşinyanı “paralel idxala” məcbur edir: Ermənistanı sanksiyalar gözləyir

2022/05/28 18:56

Vilayət Eyvazov polis generalını təqaüdə göndərdi

2022/05/28 18:47

Bakıda “Prius” qadın piyadanı vurdu – VİDEO

2022/05/28 18:34

“Getsin, başına dua yazdırsın” – Xalq artistindən Elza Seyidcahana cavab

2022/05/28 18:32

Saleh Rüstəmli azadlığa çıxan kimi Azərbaycanı TƏRK ETDİ

2022/05/28 16:44

İsraildən gözlənilməz Ukrayna qərarı – QADAĞAN EDİLDİ

2022/05/28 16:43

İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin cinayəti

2022/05/28 16:41

Afət Fərmanqızı: “Vasif əsl kişidir”

2022/05/28 16:38

Əfv edilənlər arasında dünya çempionu da var

2022/05/28 16:36

Məktəbli qızlar imtahandan keçmək üçün cavabları elə yerdə gizlətdilər ki… – VİDEO

2022/05/28 16:35

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində qaliblərə mükafatlar verilib

2022/05/28 16:34

Ərdoğan: “Türk millətinin qəlbindəki Azərbaycan sevdasını heç kim çıxara bilməz”

2022/05/28 16:32

İlham Əliyev: “Türkiyənin artan gücü bizi də gücləndirir”

2022/05/28 16:30

Azərbaycan və Türkiyə Prezidentləri “TEKNOFEST Azərbaycan” festivalına qatılıblar

2022/05/28 15:20

Nəcməddin Sadıkovun “sağ əl”i HƏBS OLUNDU

2022/05/28 15:00

Putin döyüşdən qaçanları sərt cəzalandırdı

2022/05/28 14:33

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.