“Best Model of Azerbaijan 2018” gözəllik müsabiqəsinin qalibi Cəmilə Qoluboviç sevgilisi ilə bərabər Maldiv adalarında istirahət edir.
BAKU.WS-in məlumatına görə, Qoluboviç istirahət fotolarını “Instagram” hesabında paylaşmaqda davam edir. Bu istirahəti də ona sevgilisi hədiyyə edib. Belə ki, bir müddət əvvəl “Best Model of The World”də iştirakı ilə bağlı Taylanddakı istirahətini yarımçıq qoymalı olan Cəmilə bu dəfə Maldiv adalarına üz tutub.
Paylaşımlarında sevgilisinin üzünü göstərməyən Qoluboviç bunları qeyd edib: “Maldivdə istirahət. Sevgilim, sürprizə görə təşəkkür edirəm”.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanın ən gözəl qızı seçilən Cəmilə Qoluboviç ölkəmizi “Best Model of The World”da təmsil edib və “Best Grace” tituluna layiq görülüb.