Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
Ağdərədə batalyon komandirindən vəhşilik: Dəli əsgəri qəddarcasına döydü - VİDEO

Ağdərədə batalyon komandirindən vəhşilik: Dəli əsgəri qəddarcasına döydü – VİDEO

TURAN
25/12/2018 13:40
1
BAXIŞ
FacebookTwitterTelegram

Ermənistanın Armavir vilayətinin Cararat kəndinin sakini, psixi pozğunluqlarının olmasına baxmayaraq orduya çağırılıan və işğal altındakı Azərbaycan ərazilərində xidmətə göndərilən yezidi kürdü Yurik Broyan batalyon komandiri tərəfindən xüsusi amansızlıqla döyülüb.

Medianews.az xəbər verir ki, virtualaz.org erməni mənbələrinə istinadən bildirir ki, bu haqda əsgərin anası danışıb.

Marine adlı qadın deyir ki, oğlu anadangəlmə ruhi xəstədir, belə xəstəlik onlarda nəsillicə var. Yurik heç düz-əməlli məktəbə də getməyib, 2-ci sinifin yarısından məktəbi atıb. Oxuya və yaza bilmir. Özünə xətər yetirməyə meyllidir. Anasının dediyinə görə Yurikin halı qəfildən pisləşəndə əsməyə başlayır, bədənindən qan çıxarmasa sakitləşmir. Kimlərinsə onu bu hərəkətə məcbur etdiyini deyir.

Buna baxmayaraq 2018-ci ilin avqustunda Yuriki Mərkəzi hərbi-tibb komissiyası hərbi xidmətə yararlı hesab edib. Hərçənd ona sənədlərdə “yüngül psixi pozğunluq” diaqnozu da qoyublar. Avqustun 11-də Yuriki komissiyaya aparıblar və elə oradan da birbaşa Qarabağa, Ağdərədəki hərbi hissələrdən birinə göndəriblər. Anası oğlunun hara aparıldığını uzun müddət öyrənə bilməyib. Xəstə oğlunun nədən əsgər aparıldığını soruşanda ona deyiblər ki, orduya əsgər lazımdır.

Ağdərədə batalyon komandirindən vəhşilik: Dəli əsgəri qəddarcasına döydü - VİDEO

Hərbi xidmətin ilk günlərində Yurik anasına xəbər verib ki, sıra addımını mənimsəyə bilmir, çünki ayaqları əsir. “Sıra yerişində ürəyini tutub yıxılır. Zabitlər ona qışqırır, deyirlər ki, xidmətdən yayınmaq üçün qəsdən belə edir. Bu, bir neçə dəfə təkrarlanıb, əsgərlər Yuriki tibb hissəsinə aparıb”-yezidi kürd qadın deyir.

Və xidmətin 10 günü keçəndən sonra Ağdərədəki hərbi hissənin batalyon komandiri Yuriki qəddarcasına döyüb və o, Xankəndindəki psixiatrik klinikaya yerləşdirilib. “Mənə Stepanakertdən (Xankəndi) hansısa qadın zəng vurdu, dedi oğlun pis vəziyyətdədir, gəl onunla maraqlan. Mənim isə ora getməyə imkanım yox idi. Sonra oğlunu Yerevan hərbi hospitalına gətirdilər. Nəhayət oğlumla orada görüşə bildim, tanınmaz haldaydı”-o bildirib.

Məlum olub ki, əsgər dəhşətli vəziyyətdədir, normal yeriyə bilmir, güclə danışır. Qollarında kəsiklər var. Beləliklə, Yurik Broyan artıq üç aydır ki, danışmır. Həkimlər isə onun müalicəsi ilə demək ola məşğul olmur. Üstəlik hospitalda qalan əsgərlərlə də pis davranırlar. “Tibb işçilərindən biri mənə dedi ki, oğlunun həyatı mənim nə yazmağımdan asılıdır. Get hara istəyirsən şikayət elə, onsuz da baxan olmayacaq”-əsgərin anası deyib.

Ağdərədə batalyon komandirindən vəhşilik: Dəli əsgəri qəddarcasına döydü - VİDEO

Marine Broyan oğlunun hərbi xidmətdən azad olunması üçün məhkəmə iddiası qaldırıb. Onun hüquqlarını Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi müdafiə edir. Qadın baş nazir Nikol Paşinyana, müdafiə nazirinə, digər instansiyalara şikayətlər yazır, amma cavab almır. Məhkəmə isə uzanır…

Yurikin ailəsi olduqca ağır vəziyyətdədir, evləri yoxdur. Qohumlarından birinin evinə sığınıblar, yarıac yaşayırlar.

Qeyd edək ki, işğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunmuş erməni hərbi hissələrində az qala hər həftə hansısa insident, əsgərlərin yoldaşlarını güllələməsi, zabitlərin əsgərləri döyməsi kimi hadisələr baş verir. Son zamanlar Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra belə insidentlərin mətbuata sızması halları da artıb.

DAHA ÇOX OXU

Cəmiyyət

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45
Cəmiyyət

Yaşlı cütlüyün piknik süfrəsinə TİMSAH QONAQ OLDU – VİDEO

22/03/2023 18:15
export

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00
Cəmiyyət

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47
Cəmiyyət

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34
Cəmiyyət

Apreldə 12 gün iş olmayacaq – TƏQVİM

22/03/2023 17:16
SON XƏBƏR

Şəfəq Hüseynli: Fitnes mərkəzlərində idmançılara dopinq satılır

Temperatur enəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Gecə yarısı evə girib 16 yaşlı qızın saçından tutdu və ... Azərbaycanda zorlanma cinayəti

Xəbər lenti

Gürcüstan parlamentində əlbəyaxa dava oldu

22/03/2023 19:00

Boğazdakı heyrətamiz görüntü hər kəsi ŞOKA SALDI- VİDEO

22/03/2023 18:45

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: – “Sən niyə kişilərlə işləyirsən?”

22/03/2023 18:25

Yaşlı cütlüyün piknik süfrəsinə TİMSAH QONAQ OLDU – VİDEO

22/03/2023 18:15

Daha bir azərbaycanlı bloger eyvanda alt paltarsız FOTOSESSİYA etdirdi

22/03/2023 18:00

“Sabah saat 08:00-dan…” – XƏBƏRDARLIQ

22/03/2023 17:47

Oruc tutacaq şəxslərin NƏZƏRİNƏ!: Bunları MÜTLƏQ EDİN!

22/03/2023 17:34

Apreldə 12 gün iş olmayacaq – TƏQVİM

22/03/2023 17:16

Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu – VİDEO

22/03/2023 17:00

Ata Sumqayıtda kar və kor övladlarına görün nə etdi – Ana şikayətçi oldu

22/03/2023 16:47

“Buradakı azərbaycanlılar Rusiyadakıların dırnağı ola bilməz” – Şəbnəm Tovuzlu

22/03/2023 16:35

Heydər Əliyevin sürücüsü 33 il sonra danışdı – İlk görüşümüzdə…

22/03/2023 16:23

2 uşaq anasının QANLI SEVGİ MACƏRASI: “Pəncərədən baxdım çarpayıya söykənib…”

22/03/2023 16:10

Xoşqədəm Doğuşa ƏSƏBİLƏŞDİ: “Bu, nə sözdür deyirsən?”

22/03/2023 15:57

Dollar çökəcək, pul yığmaq istəyənlər… – Məşhur iqtisadçıdan ÇAĞIRIŞ

22/03/2023 15:45

“Sürücü hərəkətdə ola-ola mənə intim əlaqə təklif etdi…” – Bakıdakı hadisənin TƏFƏRRÜATLARI

22/03/2023 15:33

Bakıda gecə klubunda kütləvi dava: Pərvin Abıyevaya və işdən qovulan polis sevgilisi də orada olub – VİDEO

22/03/2023 15:28

Tanınmış müğənni faciəvi şəkildə həyatını itirdi – FOTO

22/03/2023 15:25

İdarəetməni itirən sürücü avtomobili divara çırpdı – VİDEO

22/03/2023 15:05

240 manata görə döyüldü, təhdid edildi: “Sənin qulağını kəsərəm” – VİDEO

22/03/2023 14:24

Azərbaycanda insanlığa sığmayan vəhşilik kameraya düşdü – ANBAAN VİDEO

22/03/2023 14:15

Avtomobili oğurlayan şəxsin ŞOK ƏMƏLİ

22/03/2023 13:30

DİN bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ – FOTO

22/03/2023 13:07

İstirahətini sabaha planlayanlar HAVAYA DİQQƏT

22/03/2023 13:01

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.