Gecə vaxtı yemək yeyən insanlar üçün zərərsiz qida rasionu açıqlanıb.

Oxu.Az Ren.TV-yə istinadən xəbər verir ki, mütəxəssislər ilk növbədə toyuq döşünə diqqət yetirməyi məsləhət görürlər.

Toyuq döşündə triptofan (yaxşı əhval amin turşusu) var. Triptofan çatışmazlığı yuxu, damar və ürək problemlərinə səbəb olar.

Siyahıda həmçinin qatıq, balqabaq, balıq, toyuq yumurtası və banan yer alıb.