Xalq artisti Afaq Bəşirqızı “Gündən günə” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aktrisa efirə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə birlikdə çıxıb. Hüseyn bildirib ki, A.Bəşirqızı ilə qohumdur:
“Uşaqlığım Afaq xanımın yanında keçib. Ona hər zaman Afaq xala demişəm”.
A.Bəşirqızı “Hüseyn mənim anamın, yəni xalamın qaynıdır” deyib.
Aktrisa daha sonra Hüseyn klarnetdə ifa edərkən mahnı oxuyub.