İtaliyanın Qərb və Şimal hissəsində baş verən fırtına və sel on nəfərin ölümünə səbəb olub və əhalinin təhlükəsizliyi səbəbindən bir neçə bölgədə məktəblər və turizm yerləri bağlanıb.
Küləyin sürətinin saatda 180 km-ə çatdığı bildirilib və iki tornado sahil şəhəri olan Terracinanın mərkəzində bir nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub.
Venesiya şəhərində kanallar yüksələn sel suları ilə dolub, məşhur ərazilər və gediş yollarının bir çoxu selə qərq olub.
Rəsmilər şəhərin 75%-nin indi su altında qaldığını deyib.
Bazar ertəsi axşam suyun səviyyəsi 156 sm hündürlükdə, “yüksək alta” səviyyəsinə çatdıqdan sonra Venesiyanın mərkəzi St Marks Meydanı bağlanıb. Bu indiyədək qeydə alınan dördüncü ən yüksək səviyyədir.
Bəzi insanlar sel gələndə hərəkət etmək üçün düzəldilmiz hündür taxta yollara çıxmalı olublar.
Satıcılar suyu dükanlardan kənara tökməyə çalışıblar.
Venesiyadan şimalda isə şiddətli küləklər ağacları yıxıb və torpaq sürüşmələri baş verib.
Daha geniş Veneto bölgəsində bir ağac bir nəfərin ölümünə səbəb olub və Cənubi Tirol olaraq da tanınan Alto Adige-nin şimal-şərqində könüllü bir yanğınsöndürən ölüb.
Torpaq sürüşməsi nəticəsində bir qadın həlak olub və Torento gölündəki qayığını yoxlamaq üçün gedən bir balıqçının cəsədi bir neçə gün sonra tapılıb.
Çimərlik istirahət zonası sayılan Rimini bğlgəsinin cənubunda 63 yaşlı bir sörfçü qayalara çırpılaraq ölüb.
Bazar ertəsi günü bütün İtaliyada 6 nəfər ölüb, daha çox ölüm hadisəsi isə çərşənbə axşamı qeydə alınıb.
Ən pis vəziyyət Qərb sahillərində, xüsusilə də şimal-qərbdə Liquriyada qeydə alınıb.
Məşhur Rapallo limanında xarici dalğaqırıcı dəmir-beton divarın çökməsi nəticəsində limanda olan bəzi yaxtalara ziyan dəyib.
Xilasedicilər Rapalloda çıxılmaz vəziyyətdə qalan zaman 19 nəfərin xilas edilməsi üçün gerirmişlər.
Daha cənubda, Grosseto əyalətində “fəlakətli” bir hadisə baş verdiyi bildirilib və 21 yaşlı şagird başına ağac düşdüyü üçün ölüb.
Romanın Terracina yaşayış bölgəsində iki nəfər binanın damını bağlamağa gedərkən tornado binanın örtüyünü cırıb.
Meteoroloqlar pis havaların davam edəcəyinin xəbərdarlığını ediblər. Həmçinin nəqliyyat və enerji təchizatı də pozulub./BBC Azərbaycanca/