Türkiyədə qətlə yetirilən iş adamı Etimad İsmayılov dəfn edilib.
Medianews.az aznews.az-a istinadən xəbər verir ki, mərhum Nardaran qəbiristanlığında torpağa tapşırılıb.
Mərhumun türk bayrağına bürünmüş cənazəsi atası İlyas İsmayılovun evindən çıxarılıb.
Etimad İsmayılovun yas mərasiminə Türkiyə səfirliyinin nümayəndələri də qatılıb.
Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri İrfan Çiftçi mərhumun ailəsinə baş sağlığı verib.