Məlum olduğu kimi, ReAL partiyasının sədri İlqar Məmmədov azadlığa çıxıb.
Minval.info xəbər verir ki, siyasətçi qərara əsasən 2 il sınaq müddəti şərtilə azadlığa çıxıb. İlqar Məmmədovun ölkədən çıxışında məhdudiyyətlərin qoyulacağı bildirilir. O, hökmdən sonra tam bəraət istədiyini dilə gətirib.
Minval.info əməkdaşı İlqar Məmmədovun yaşadığı mənzilə yollanıb.
Siyasətçi media nümayəndələrinə yaxın günlərdə mətbuat konfransı təşkil edəcəyini bildirib. Eyni zamanda tibbi müayinədən keçəcəyini söyləyib.
Onun evinin önündən çəkilən fotoları təqdim edirik: