Rusiyada sərnişin vertolyotu qəzaya uğrayıb.
BAKU.WS “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə Moskva vaxtı ilə səhər saat 06:20-də Rusiyanın Krasnoyarsk vilayətində baş verib.
Verilən məlumata görə, içərisində 18 nəfər olan “Mi-8” tipli sərnişin vertolyotu boş sahəyə çırpılıb. Vertolyotda olanlardan 3 nəfəri şəxsi heyət, 15 nəfər isə sərnişin olub.
Qəzaya uğrayan vertolyotun “qara qutu”su tapılıb. Baş verən qəzanın səbəbləri araşdırılır.
Verilən məlumata görə, qəzaya uğrayan vertolyotun içərisində “Vankor” şirkətinin əməkdaşları olub.