Çərşənbə axşamı, 31 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb

Esmer
10/07/2018 21:00
0
BAXIŞ
FacebookTwitterTelegram

Səbail rayonu, 20-ci sahə, şəhid Arif İsmayılov küçəsində köhnə su borularının partlaması nəticəsində sakinlər artıq 10 gündür susuz qalıb. “Azərsu” Səhmdar Cəmiyyəti küçədə yeni su xəttinin çəkilişinə başlayıb, amma “qaş düzəldilən yerdə göz çıxarılıb”. Kanalizasiya xətti də sıradan çıxıb, onsuz da bərbad vəziyyətdə olan yollar dağıdılıb.

Virtualaz.org xəbər verir ki, yolların dağılması səbəbindən “Azərsu”ya məxsus maşın palçıqlı çuxura düşüb, iki gündür çıxarmaq mümkün olmur. Bu gün maşının çıxarılması üçün əraziyə əlavə texnika cəlb edilib.

Sakinlərin sözlərinə görə, ilin bütün fəsillərində yollar palçıqdan keçilməz olur, gah kanalizasiya, gah da su borusu partlayır. “Azərsu” yeni boru çəksə də, xətt qoşulmayıb, hələ də əksəriyyət bir vedrə su üçün günün istisində küçənin bu başından o biri başına gedir. “İllərdir bu küçə su və yol problemi ilə əlləşir. Dərdimizi kimə deyəcəyimizi bilmirik, yayda nəinki yuyunmaq, heç içməyə su tapmırıq”, – sakinlərdən Qəşəm Məmmədov söyləyir.

Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb

Həmsöhbətimiz deyir ki, bu istidə günlərdir ki, yuyuna bilmirlər: “Hər şey cəhənnəm, iydən-qoxudan tualetə girə bilmirik. Tualetə tökməyə su yoxdur, çimməyə bir qab su tapmırıq. Bir vedrə su gətirmək üçün bir kilometr yol gedirik”.

Yayın qızmar günündə palçıqlı olan küçə Ələt magistral yolunun üstündə yerləşir. Küçə boyu mağaza və iaşə obyektləri var, amma artıq iki həftədir ki, nə obyekt sahibləri, nə də sakinlər şəxsi maşınlarından istifadə edə bilmirlər. Mağazalara mal daşıyan firmalardan birinə məxsus mikroavtobus da dünən gecə küçənin tən ortasında qazılan çuxura düşüb, hazırda maşının çıxarılması üçün palçığı bellə kənara daşıyırlar. Sakinlər suyun fontan vurduğu yerlərdə borunun üzərinə daş-kəsək yığıb.

Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb

Sakinlərdən Azər Quliyev isə deyir ki, “Azərsu” işi yarımçıq saxlayıb, nə təzə xətt işə salınmayıb, nə də ən azı qazılan çuxurlar doldurulmayıb: “Belə zülm olar? İnanın, həyatımızdan bezmişik. Az qalırıq ki, özümüz onların yerinə fəhləlik edək. Küçə su ilə dolur, palçıq olur, biz bir udum suya möhtac qalmışıq”

Nisbətən yaşlı qadın isə “Azərsu”nun ərazidəki əməkdaşları ilə mübahisə edir. Deyir ki, 25 ildir bu küçənin problemləri bitib-tükənmək bilmir. “21-ci əsrdə içməli su, palçıqlı küçə problemi ilə yaşayırıq. Afrika cəngəlliklərində belə 40 dərəcə istidə palçıq olmur. Camaat maşını saxlamağa yer tapmır. Biz də insanıq, bizi də insan yerinə qoysunlar”, – qadının əsəbi sözlərinə mağaza satıcılarından biri də qatılır, “Azərsu”nun əməkdaşı isə əsəbləşmiş sakinlərə cavab vermək əvəzinə ərazidən uzaqlaşır.

Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb

Küçənin girişində şəhid Arif İsmayılovun xatirə lövhəsi qoyulub. Sakinlər deyirlər ki, şəhidin adını daşıyan bu küçə unudulub. Səbail Rayon İcra Hakimiyyətinin rəsmiləri heç olmasa bircə dəfə yollarını burdan salsınlar, sakinlərin illərlə necə əzab çəkdiklərinin şahidi olsunlar, bəlkə insafa gələrlər.

Yaranmış problemlə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Səbail Sukanal İdarəsinin rəisi Rauf Osmanov virtualaz.org-a açıqlamasında bildirdi ki, hazırda həmin ərazidə iş gedir, bir həftə ərzində qəsəbəyə suyun verilişi tanamilə bərpa olunacaq: “Biz orada boru xəttini dəyişmişik, yeni boru çəkilib. Amma həmin boru təxminən 70 metr yuxarı çəkiləcək. Yəqin ki, bir həftəyə borunun çəkilişi tamamlanacaq, ondan sonra həmin əraziyə suyun verilişi tamamilə bərpa olunacaq”.

Bakının mərkəzində bir küçənin sakinləri 10 gündür susuz qalıb
“Azərsu” rəsmisi həmçinin yaranmış problemləri aradan qaldırmaq üçün əməkdaşların qeyd edilən ünvana göndəriləcəyini dedi: “Mən bildiyimə görə, orada su almayan abonent yoxdur. Biz indi əməkdaşlarımızı əraziyə göndərərik, problemi aradan qaldırsınlar. Əgər su almayan varsa, ilkin olaraq onların problem aradan qaldırılacaq, suyun təzyiqi artırılacaq. Bir həftəyə isə su tamamilə bərpa ediləcək”.

DAHA ÇOX OXU

Dünya

“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

31/01/2023 05:21
1-MANŞET

General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

30/01/2023 18:49
1-MANŞET

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: “Fevralın 1-dək…”

30/01/2023 18:13
export

“Qayınana söhbəti ola bilməz” – İlk dəfə danışdı

30/01/2023 18:11
export

Məşhur aparıcının xanımı: “İlkin getdiyi məkandan şəkil göndərir” – FOTOLAR

30/01/2023 18:10
1-MANŞET

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

30/01/2023 18:08
SON XƏBƏR

Jurnalistlər Rabitə Nazirliyi Aparatının sabiq rəhbərini həbsxanadan "buraxdılar”

Əfqanıstanda kamikadze partlayış törədib, azı 12 nəfər ölüb

Bakıda bəzi marşrutlar üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

Xəbər lenti

Moskvada ermənilər biabır oldu – VİDEO

31/01/2023 06:49

Azərbaycanın “Yarasa” xüsusi təyinatlıları İran hərbçilərinə yerini göstərdi – VİDEO

31/01/2023 06:33

Danimarka “taxıl sazişi”nə qoşulub

31/01/2023 06:16

İranda tələbə etirazlarda iştirak etdiyi üçün həbs edildi: Şallaq zərbəsi tətbiq ediləcək

31/01/2023 06:00

“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

31/01/2023 05:21

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31/01/2023 05:00

Boris Conson: Putin məni raket hücumu ilə hədələdi

30/01/2023 21:59

Bir əsrlik ənənəni pozaraq istefa verən Papa II Benediktin istefa səbəbi

30/01/2023 20:50

Hamilə sərnişin sürət qatarında uşaq dünyaya gətirib

30/01/2023 20:15

Həmin ölkə də Türkiyədən SİHA almaq üçün müraciət etdi

30/01/2023 19:46

Polşadan iddialı NATO bəyanatı

30/01/2023 19:27

General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

30/01/2023 18:49

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: “Fevralın 1-dək…”

30/01/2023 18:13

Yunanıstan qırıcısı dənizə düşdü

30/01/2023 18:12

“Qayınana söhbəti ola bilməz” – İlk dəfə danışdı

30/01/2023 18:11

Məşhur aparıcının xanımı: “İlkin getdiyi məkandan şəkil göndərir” – FOTOLAR

30/01/2023 18:10

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

30/01/2023 18:08

Səhlab Bağırov vəzifəsindən azad olundu – Yeni təyinat

30/01/2023 18:04

“Çılplaqlığla şəhvət hissi ilə baxdılar” – Azərbaycanlı modelin paylaşımı yenidən gündəm oldu – FOTOLAR

30/01/2023 17:57

Azərbaycanlı hərbçilər Türkiyədə 17 dərəcə şaxtada “Qış təlimi”ndə – FOTO

30/01/2023 17:34

Kliniki ölüm keçirən qadının həyata qayıtdıqdan sonra dedikləri GÜNDƏM OLDU

30/01/2023 17:27

Həvəskarlar liqasının oyununda azarkeşlər futbolçulara hücum çəkdi – VİDEO

30/01/2023 17:24

“Bayraktar, əfsanəvi qanadlar” sənədli filmi yayımlandı – VİDEO

30/01/2023 17:17

Şagird müəllimini döyərək dizini sındırdı – ANBAAN VİDEO

30/01/2023 16:57

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.