Son günlər elektrik enerjisi ilə bağlı yaranan fövqəladə vəziyyət insanlarımızı bu sahədə qənaət etməyin yollarını öyrənməyə sövq edir. Bəli, əslində, əhali olaraq da elektrik enerjisinə qənaət edə bilərik. Necə deyərlər, hərə öz üzərinə düşəni yerinə yetirsə, israfçılığı minimuma endirsə, problemin həllinə yardım göstərə bilər.
AMERİKALILAR ELEKTRİK İSTEHLAKINA BELƏ QƏNAƏT EDİR
Amerika Milli Elektrik Şəbəkəsi bu həftə həddindən artıq istilik və rütubətin gətirib çıxardığı yüksək enerji tələbi səbəbiylə Nyu-Yorkda yaşayan istehlakçılardan həftənin qalan hissəsində normadan artıq elektrik istehlakının azaldılmasını xahiş edib. Milli Elektrik Şəbəkəsi bazar ertəsi günün ikinci yarısı sözügedın ərazidə elektrik enerjisi təchizatının kifayət qədər olduğunu bildirib, lakin yüksək tələbatın və istiliyin regional şəbəkələrdə çətinlik yarada biləcəyini açıqlayıb.
Kommunal xidmət rəsmisinin verdiyi məlumata görə, bazar ertəsi şimali Nyu-York 7,039 meqavat enerji istifadəsi ilə bu ilin ən yüksək həddinə çatdı ki, bu da müşahidə etdiyimiz istilik səviyyəsi üçün standart hesab olunur. 7, 380 meqavatlıq rekord hədd 17 iyul 2013-cu ildə qeydə alınmışdır.
Milli Elektrik Şəbəkəsi kommunal avadanlıqlardan istifadəyə tələbatın azaldılmasına və sistemin etibarlılığını təmin etməyə kömək göstərmək üçün bir neçə sadə istehlakçı davranışlarını tövsiyə edir. Bu tədbirlər enerji istehlakında böyük əhəmiyyət kəsb edə bilər və bu, enerji fakturanızı daha yaxşı idarə etməyinizə kömək edə bilər.
Günəşin evinizi çox isti etməsinin qarşısını almaq üçün jalüzləri, kölgəlikləri və qalın pərdələri çəkin.
Kondisioner parametrlərini bir az artırın, filtrləri dəyişdirin, sərinkeşlərdən istifadə edin – kondisionerinizin temperaturu nə qədər aşağı olsa, xərci də bir o qədər çox olar. Məsələn, 75 dərəcəlik bir tənzimləmə 78 dərəcəlik tənzimləmədən təxminən 18 faiz çoxdur. Rahatlığın imkan verdiyi qədər termostatı yüksək dərəcəyə qoyun. Bundan əlavə, havalandırma qurğusunu yoxlayın və zəruri hallarda onu əvəz edin və ya ehtiyac yaranarsa təmizləyin. Kondisioner əvəzinə sərinkeşlərdən istifadə edilməsi də enerji istifadəsini azaldır.
Proqramlaşdırıla bilən termostatı nəzərdən keçirin – otaqlar boş olduqda soyutma temperaturlarını tənzimləyərək illik 180 dollara qədər qənaət edə bilərsiniz.
Lazım olmadıqda işıqları söndürün.
Qabyuyan və paltaryuyan maşınlar kimi isti sudan istifadə edən avadanlıqların istifadəsini gecikdirin.
Elektron əşyaları şəbəkədən ayırın – televizor və kompüterlər kimi elektron əşyalarınız söndürülsə də, hələ də elektriki özünə çəkə bilər. Hər hansı bir lazımsız elektron əşya və yükləmədən çıxarın. Əyləncə sistemlərinizdə qabaqcıl uzadıcılardan istifadə fantom enerji yükündən istifadəni azaldır hər il 60 dollara qədər qənaət etməyinizə kömək edir.
Hovuz nasosunu söndürün – hovuz nasosları evdəki enerjinin ən böyük istehlakçılarından biridir – havalandırma sistemindən sonra ikincidir.
QUBAD İBADOĞLUNDAN ELEKTRİK ENERJİSİNƏ QƏNAƏT ÜSULLARI – FƏRQLİ VƏ İLGİNC
Musavat.com xəbər verir ki, iqtisadçı Qubad İbadoğlunun da elektrik enerjisindən qənaətlə bağlı faydalı məsləhətləri var.
Ekspert zaman-zaman onları gündəmə gətirir. Həmin tövsiyyələrə nəzər yetirək:
İşıqlanmada 100, 75, 60 və 40 Vattlıq gözərmə lampalarını 25 Vt və daha aşağı vattlıq LED (diod) lampalarla əvəz edin. Bilin ki, lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar.
Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi , həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli və faydalıdır.
Dəhlizlərdə, eyvanlarda səsə həsas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verin.
Enerji yığan akumulyatorlu mobil telefonları və digər elektrik cihazlarını doldurarkən onları uzun müddət ştepseldən asılı vəziyyətdə buraxmayın, şəbəkədən ayrılma zamanı isə kabeli bibaşa ştepseldən çıxarın. Mobil telefonlarınızı USB kabelləri vasitəsilə bilgisayarlardan doldurmağa üstünlük verin. Eenerji mənbəsinə qoşulan bilgisayda işləyərkən onu müəyyən müddətdən sonra ştepseldən ayırın. Batareya enerjisini qorumaq üçün telefonlarınızın Power saver və Sleep mode xüsusiyyətlərindən də istifadə edin.
Məişətdə işlədilən enerji avadanlıqların iş rejimlərini yaxşılaşdirmaq məqsədilə enerjiyə qənaət edən A+++, A++, A+, ECO + enerji sinfinə aid edilən cihazların alınmasına üstünlük verin. Məişətdə işlədilən enerji avadanlıqları (paltaryuyan, paltar qurudan, qab yuyan və s.) normadan aşağı yükləməklə işlətməyin. Onları işlədərkən təlimatla tanış olun və enerji sərfi aşağı olan rejimlərdən istifadə edin. Elektroçaydandan istifadə edərkən onu lazım olan qədər su doldurub qaynadın. Artıq suyun qaynamsı da çox enerji aparır.
Bilgisayarda işləyərkən, kitab oxuyarkən, yazı yazarkən otaqda bütün işıqlandırma sistemindən istifadə etməyin, imkan yarananda kənar işıqlandırma lampalarını söndürüb stolüstü elektrik işıqlandırma lampalarına üstünlük verin.
Müstəqil enerji mənbələri yaradan və günəş enerjisi ilə işləyən elektrik avadanlıqlarının alınmasına üstünlük verin.
Keçək digər praktiki məsləhətlərə. Yaşadığınız mənzildəki otaqlarda işıqları söndürün. Yalnız oturduğunuz otaqda işığı yandırın və buna vərdiş edin. Bunu etməklə enerjiyə 30% qənaət edə bilərsiniz. Əgər işığı söndürmək yadınızdan çıxırsa, hərəkətə həssas elektrik cihazlarından istifadə edə bilərsiniz.
Mütəxəssislər tavandakı çıraqdan da imtina etməyi məsləhət görürlər. Onun yerinə stolüstü lampalardan və ya divar şamdanından istifadə etmək məsləhət görülür. Əgər tavan çırağından imtina etmək istəmirsinizsə o zaman daha az güclü lampadan istifadə edin.
Gün işığından istifadə etmək daha məsləhətdir. Bununla yanaşı, divar üçün daha açıq rəngli aboylardan istifadə edin. Sözsüz, məişət cihazları bizim həyatımızı daha rahat edir. Amma qənaət etmək üçün bəzi cihazlardan istifadəni azaltmaq lazımdır. Mətbəxdə enerjiyə qənaət edən və lazımi cihazları saxlayın.
PALTAR YUYULMASI ZAMANI ENERJİYƏ NECƏ QƏNAƏT EDƏK?
Paltar yuyulması, onun qurudulması da külli miqdarda enerji sərfiyyatını özü ilə gətirir. Hesablamalar göstərir ki, il ərzində paltar qurulamaq üçün ortalama olaraq 360 – 1400 kvts elktrik enerjisinə ehtiyac duyulur. Bu məqsədlə istifadə olunan elektrik enerjisini səmərəli istifadə etmək üçün aşağıdakı məsləhətlərə əməl etmək lazımdır.
Yuyucu vasitənin istifadə qaydalarına diqqətlə əməl edin. Yuyucu vasitələrin həddindən artıq istifadəsində səmərəli yuma prosesinə təsir göstərir ki, bu da daha çox elektrik enerjisi sərf edir.
Paltaryuyan maşının qızdırıcı sisteminə hər zaman diqqət yetirin. Paltarları durulayarkən soyuq sudan istifadə edin.
Paltaryuyan maşınını dolu vəziyyətdə istifadə edin, lakin həddindən artıq yükləməyin.
Paltarları sortlaşdırıb yumaq lazımdır. Bu halda paltaryuyan maşından tam məhsuldarlıqla istifadə etmiş olarsınız.
Hava şəraiti yaxşı olduqda paltarlarınızı açıq havada qurulayın
Hər istifadədən sonra paltarqurulayan maşının filtirini təmizləmək lazımdır.
Dəsmal və digər ağır paltarları ayrı-ayrılıqda qurutmaq lazımdır.
Həddindən artıq qurutmayın. Bu elektrik enerjisini israf etməklə yanaşı parçanın da keyfiyyətinə zərə verir.
SUYU DA SƏMƏRƏLİ QIZDIRMAQ OLAR – OXUYUN
Elektrik enerjisinin ən çox istifadə edildiyi yerlərdən biri də evinizdə suyun qızdırılmasına sərf olunur. Ortalama olaraq il ərzində 1000 – 4000 kvts elektrik enerjisi su qızdırmağa sərf olunur. Buna paltar yuma və qab yuma maşınlarının qızdırdığı su daxildir. Evinizdə suyu səmərəli qızdırmaq üçün aşağıdakı məsləhətlərə əməl etməlisiniz.
Siz su qızdırıcının dərəcəsini 60°C – dən 49°C-ə saldığınızda su qızdırma xərcini 10% (faiz) azaltmış olarsınız. Su qızdırıcını isti suyun istifadə edildiyi nöqtəyə mümkün qədər yaxın olmasını təmin edin. Çünki məsafə uzandıqca istilik azalır.
İsti su daşıyan borunu izolə etsəniz istiliyin itməsinin qarşısını almış olarsınız.
Əgər su kranı axıdırsa onu təmir etdirin.
Qabları yuyarkən isti suyun daimi axmasının qarşısını almaq üçün hər hansı bir qabda yığılmış sudan istifadə edin
Vanna əvəzinə duşdan istifadə edin
Qabyuyan maşının dərəcəsini qabları durulayarkən soyuq sudan istifadə edin
Paltar və qabları yuyarkən maşının doldurun amma artıq yükləməyin.
Ərzaq bulaşmış qabları əvvəlcə soyuq su ilə sürtün daha sonra qabyuyan maşınına yerləşdirin.
İŞIQLANDIRMADA ƏN PERSPEKTİVLİ QƏNAƏT ÜSULLARI
Evdə işıqlandırmanı səmərəli istifadə etmək istəyənlər də yazının bu hissəsinə diqqət etməlidir.
İki yan-yana duran elektrik lampalarını onların ümumi gücünə bərabər olan bir lampa ilə dəyişdirib həm işıqlandırmanın artırılmasına, həm də elektrik enerjisinə qənaət etmiş olursunuz.
Təbii işıqlanmadan mümkün qədər çox istifadə olunması daha məqsədəuyğundur. Yaşayış sahələri təbii işıqlandırmadan daha çox istifadə edilməsi nöqteyi nəzərindən layihələnməlidir. Tünd rəngli pərdələrdən daha az istifadə, otaqlardakı pəncərələrin təmizliyinə riayət olunarsa, həm işıqlandırmanın artırılması, həm də elektrik enerjisinə qənaət olunması təmin olunana bilər.
Lampaların mütamadi olaraq nəzarətdən keçirilməsi zəruridir. İşıqlandırma sistemlərinin təmiz saxlanılması işıqlanma qabiliyyətinin yüksək olmasını təmin edən amillərdən biridir. Lampa üzərində toplanmış toz faydalı işığı mühüm dərəcədə azaldır. Tozla tutulmuş lampa işığın 50%-ni udur. Lampaların təmiz saxlanılması elektrik enerjisindən israfçılıqla istifadəsinin qarşısını alır.
Otaqlardan ayrılarkən işıqların söndürülməsi, elektrik enerjisindən qənaətli istifadənin bir yoludur. Hər bir ailə üzvünün bu qaydaya riaət etməsi 35%-ə qədər elektrik enerjisinin və ailə bütcəsinin qənaətinin təminatıdır.
Evdə elektrik qızdırıcılardan ehtiyacı olmadan istifadə etməyin. Ayna və qapılardan sızılan soyuq havanın qarşısını alın.
Hər ay eyni gündə sayğacınızın göstəricisini çıxarıb keçən ayın göstəriciləri ilə müqaisə edin, və elektrik enerjisinə qənaətin (və ya artıq sərfiyyatın) səbələrini araşdırın.
Musavat.com