Dərdsiz- kədərsiz əbədi xoşbəxt yaşamaq yalnız nağıllarda olur.
İlk baxışda reallığa çevrilmiş nağıl kimi görününən Kate Middleton və Şahzadə William cütlüyü də bu həqiqətdən qaça bilməyib. Nə Kate Middleton “şahzadə”sinə qovuşduqdan sonra xoşbəxtlikdən başı fırlanan Sinderella idi, nə də şahzadə William gözü sevgisindən başqa heç nə görməyən biri. Uzun sözün qısası bu münasibətin də bir qaranlıq üzü var. Xüsusilə, Kate Middleton rəsmi olaraq kral ailəsinə gəlin köçməmişdən əvvəlki zamanlarda çox hadisələr baş verib.
Bu məşhur cütlüyün də münasibətləri boyunca pis keçən günləri olub. O görkəmli toy günündə pəri qızı kimi görünmədən öncə uzun illər səbr edib gözləyən Middleton bəzən göz yaşları tökdü, bəzən ümidini itirdi. Hətta bir ara Şahzadə William tərəfindən tərk edildi. Həm də telefonda!
Medianews.az Kate Middleton və Şahzadə William münasibəti haqqında az bilinən həqiqətləri təqdim edir.
Deyilənlərə görə, Kate və William St. Andrews Universitetində oxuduqları illərdə təşkil olunan moda sərgisində tanış olublar.
Hətta Middletonun şəffaf bir libasda səhnəyə çıxdığı və Şahzadənin gördüyü anda ona valeh olduğu iddia olunur.
Amma bu haqqda çox da bilinməyən bir nüans var. Kate o zamanlar bir başqası ilə sevgili idi, Rupert Finch ilə… Middletonu ilk gördüyü andan Şahzadə onun izinə düşməyi qərara aldı. Hətta həmin gecəki şənlikdə Şahzadənin Katei öpdüyü iddia edilir. Elə o andan etibarən Finch artıq Kate üçün maraqlı olmadı.
Əlbəttə, Şahzadənin diqqətini özünə cəlb etdiyini anlayan Kate dərhal Rupert dəftərini bağladı. Bu arada, Finch sonradan həyat yoldaşı ilə Kate və Williamın toyunda iştirak etdi.
Kate Middleton ve şahzadə William 2002-ci ildə sevgili olmağa başladıqlarında kraliyyət ailəsinin bu sevilən üzvünün diqqətini çəkməyə çalışan başqa qadınlar var idi. Kral ailəsi nə qədər şahzadələrin şəxsi həyatlarını gözlərdən uzaq tutmağa çalışsa da, şahzadənin ətrafında olmağa nail olan qadınlar var idi.
Bunlardan biri Jecca Craig idi. Şahzadə də ona qarşı laqeyd qalmadı. Hətta Craig Şahzadə Williamın 21-inci doğum günündə də onun yanındaydı. Üstəlik Şahzadə William Kate Middleton ilə sevgili olduğu halda.
Lakin Şahzadə qərarını çoxdan vermişdi. Universiteti bitirdikdən sonra Middletonla Kenyaya, Jecca Craigi görməyə getdi. Beləcə, Middletonun onun üçün nə qədər dəyərli olduğunu və Jeccanın aralarını vura bilməyəcəyini sübut etməyə çalışdı.
Bu arada Şahzadə William 2004-cü ilin yay tətilində Katein çox da sevmədiyi dostları ilə birlikdə Yunanıstana istirahətə getdi. Deyilənlərə görə qrupda ancaq oğlanlar var idi. Kate isə o istirahət dönəmini ailəsi ilə keçirdi. Lakin ürəyi heç də rahat deyildi, çünki ölkənin gələcək kralının ürəyini oğurlamağa çalışan çox qadın var idi.
Bu arada Şahzadənin ailəsi ilə Kate arasında soyuqluq var idi. Xüsusilə əmiqızları Şahzadə Beatrice və Şahzadə Eugenie Katei bir o qədər də sevmirdi.
4 il sevgili olduqdan sonra cütlüyün sevgisinin üstünü qara buludlar aldı. Gecələr klublarda qadınlarla əylənən Şahzadəyə artıq Middletonu ziyarət etmək maraqlı deyildi. Nəhayət, ayrılıq gəlib çatdı. Üstəlik William ayrılıq xəbərini Middletona telefonda verdi. O zamanlar bir geyim firmasında işləyən Kate məzuniyyət götürüb ailəsinin yanına getdi. Kate əzab içində qıvrılarkən şahzadə içib əylənir, qəzetlərə manşet olurdu.
Lakin cütlük təkrar bir araya gəldi. Üstəlik Şahzadə bu dəfə hisslərindən tam əmin və qərarlı idi. 2009-da anasının əfsanəvi üzüyünü Kate təqdim edən William ona evlənmə təklif etdi. 2010-da nişanlanan cütlük, 2011-ci ildə möhtəşəm toy mərasimi ilə evləndilər.
Cütlük indi 3 övladı ilə bütün dünyanın həsəd apardığı bir həyat yaşayır. Şahzadə ilə sevgili olduğu dönəmdə uzun müddət evlənmə təklifi almadığına görə “gözləyən Kate”ləqəbi alan Middleton səbir və sevgisinin qarşılığını artıqlaması ilə görür.
Medianews.az