Seren Serengil onun fotoşoplanmış şəkillərini paylaşanları biabır etdi.
Medianews.az xəbər verir ki, ötən günlərdə mediada sellülitli şəkilləri paylaşılan Seren Serengil ” Bunlar yalan xəbər ünsiyyət saxlamadığım baldızımın oyunlarıdır. Həmin şəxs xəbəri paylaşan qəzetdə çalışır.” dedi və öz bədənini sosial mediada nömayiş etdirdi. Videoda qarnını, qollarını çəkib göstərən məşhur ” Mənim bədənimin hansı hissəsində sellülit var?!” deyib üsyan etdi. Ürəyi soyumayan Seren Serengil yoldaşı Yaşarın da bədən nahiyələrini çəkib hamı ilə paylaşdı.
Medianews.az