Ötən gün Abbas Bağırovun Hüseyn Əzizoğlu tərəfindən oyundan uzaqlaşdırıldıqdan sonra “Hüseyn mənə “papa”, Rozaya da ”mama” deyirdi” deməsi müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, iki gündü, məsələ ilə bağlı sosial şəbəkədə müzakirələr aparılır, “caps”lar hazırlanır, statuslar yazılır. Məsələyə H. Əzizoğlu “Maşın” şouda aydınlıq gətirib:
“Biz gündüzlər darıxırıq. Buna görə də, öz aramızda teatr qururduq. Mən Rozaya “mama”, Abbasa “papa” dediyim kimi, o da Aytənə “qızım” deyirdi. Mətanət xala, Aytən bibi və s. Bu, öz aramızda olan zarafatdır. Abbas isə həqiqət kimi efirdə səsləndirdi. Camaat da sosial şəbəkədə söyür, tənqid edir”.