Bülent Ersoy ad günü ərəfəsində bahalı hədiyyələr yağmuruna tutulub.
Medianews.az xəbər verir ki, müğənni sabah 65 yaşını tamamlayacaq. Sabah doğum gününü qeyd etməyə hazırlaşan müğənni artıq hədiyyə olaraq bahalı daş-qaşlar almağa başlayıb. Məlumata görə, Demet Akalın Ersoya brilliant üzük hədiyyə edib. Modelyer Nur Yerlitaş isə müğənniyə Versace imzalı, 9 min lirə qiymətində qızıl kolye bağışlayıb.
Xatırladaq ki, Bülent Ersoy mücəvhərlərə düşgünlüyü ilə tanınır. O, tez-tez böyük məbləğdə pul xərcləyərək kolleksiyasını yeni daş-qaşlarla zənginləşdirir.
Medianews.az