Keçmiş əsgər olan Arkadi Babçenko jurnalistdir və Kremlin sərt tənqidçisidir. O, 2017-ci ildə Rusiya höküməti tərəfindən hədələndiyini deyərək ölkəni tərk edib.
29 mayda ölüm xəbəri çıxan jurnalistin dostları və həmkarları ölüm barədə məlumat almaq üçün mətbuat konfransına gəlir və birdən Babçenko peyda olur.
Ukrayna höküməti onun ölümünün saxtalaşdırıldığı üçün kəskin tənqid olunub.
“Əvvəla, baş verənlər üçün sizdən üzr istəyirəm. Bu iki gündə həyat yoldaşımdan yaşadıqlarına görə üzr istəyirəm. Oliçka, bağışla məni, xahiş edirəm, amma başqa yol yox idi”, o, deyib./BBC/