Meksikanın Sinaloa ştatının Masatlan şəhərinin sakini Mariya de la Luz 6 aylıq hamilə olduğunu bildirir.
“Ölkə.Az” xəbər verir ki, Mariya Ultrasəs müayinəsindən keçib və qız övladı dünyaya gətirəcək.
Qadın qeyd edib ki, hamilə olduğunu 3 ay əvvəl öyrənib. Mariya bildirib ki, ayaqlarında ağrı hiss edib. Sonra isə səhərlər ürəyi bulanıb və başı hərlənib.
Bundan sonra isə ultrasəs müayinədən keçib. İlk müayinədən sonra Mariya gözlərinə inanmayıb və 10 başqa klinikada da müayinədən keçib. Bütün klinikalar qadının hamilə olduğunu deyib.
Əgər 3 ay sonra Mariya qız övladını dünyaya gətirsə, uşaq doğan ən yaşlı qadın sayılacaq.
Bu sahədə hələlik rekord Kaliforniya sakini Mariya del Karmen Busada de Laraya məxsusdur. O, 66 yaş 358 günlüyündə əkiz oğlan övladı dünyaya gətirib.
2005-ci ildə də Rumıniya sakini Adriana İlesku da uşaq dünyaya gətirərək adını tarixə yazdırıb.
Ölkə.Az