Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında Dahi Öndər Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, ən nümunəvi hərbi qulluqçuların iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmiləri cəlb olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə edib, torpaqları­mızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağı­mızı yüksəltməyə hər an hazır olmalarını bildiriblər.

Dövlət sərhədində dövlət bayrağımızın ucaldılmasının əbədiliyini tərənnüm edən bu yürüşlər Azərbaycan sərhədçilərinin vətənpərvər­liyinin və Heydər Əliyev dövlətçiliyinə sadiqliyinin ifadəsi olub.

Gürcüstan, İran və Rusiya ilə dövlət sərhədlərində yürüşlər keçirildi - FOTO