71-ci Kann Film Festivalı maraqlı hadisələrlə yadda qalmağa davam edir.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə “BlacKkKlansman” adlı filmin təqdimatına aktrisa Kristen Stüart qatılıb.
Qırmızı xalıda görüntülənən aktrisa ayaqqabılarını çıxardıb ayaqyalın yeriməsi ilə diqqət çəkib. Kristen hətta kameraya da ayaqyalın poz verib.
Qeyd edək ki, festival meyın 19-a kimi davam edəcək.