“Anjey Kaspşiki Azərbaycanda tanımayan olmaz. ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki şəxsi nümayəndəsidir. Onlarla ATƏT sədri və həmsədr dəyişdi, o isə illərdir dəyişmir, bu vəzifədə qocalıb”.
Minval.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Siyasi şərhçinin Kapşik barədə qalmaqallı fikirlər bildirib:
“Onun həmyerlisi olan diplomatların birindən eşitmişdim ki, Anjey Polşa Xarici İşlər Nazirliyinə ona görə geri qayıtmaq istəmir ki, kefdədir, ATƏT-dən yüksək maaş alır. Başqa ölkənin məlumatlı diplomatlarından biri isə bu günlərdə mənə başqa faktı dedi: “Anjey Kaspşik elə varlanıb ki, ikinci villasını tikir”.”
Elxan bəyin sözlərinə görə, rəsmi nümayəndə bircə dəfə dilinə gətirməyib ki, bu atəşkəs niyə bu qədər uzanmalıdır, niyə torpaqlarımızın işğalı bu qədər uzanmalı və problem həll olunmamalıdır?
“Bax belə, bu diplomatın işi-gücü atəşkəsin monitorinqini aparmaqdır. Problemin həlli Ermənistanın və Rusiyanın maraqlarına cavab vermədiyi kimi Anjey Kaspşikin də maraqlarına cavab vermir. Əks halda vəzifəsinə də ehtiyac qalmayacaq, aldığı yüksək maaşdan da məhrum olacaq”.