“ARB Ulduz”un “Virtual həyat” verilişinin qonağı olan model Nərgiz Abdullayeva maraqlı açıqlamalar verib.

Nərgiz Abdullayeva modelləri qınayanlara söz atıb:

“Xalqımız bizi niyə dəstəkləmir? Elə hər zaman bizi pisləyirlər. Mən bunu başa düşmürəm. Hollivud ulduzları Azərbaycana gələndə özlərini öldürürlər. Axı bizim modellərimizin onlardan nəyi əksikdir? Modellik mənim üçün sonradan yaranan bir şey olmayıb. Uşaqlıqdan istəyim, arzum, xəyalım olub. Xəyalların reallaşıb. Uğurlar əldə etmişəm. Bu sahədə ailəm də mənə dəstək olur”.

Sosial şəbəkələrdə onu topa-tüfəngə tutub qınaq obyektinə çevirənlərə isə modelin cavabı bu oldu:

“Mən şəkillərimin şərh yerini bağlamışam. Yazırlar ki, soyunmaqla model olunmur. Əslində bu, səhv fikirdir. Əgər sən modelsənsə, hər formada çəkilə bilərsən. Bizim insanlar niyə belə danışırlar, anlamıram. Açıq-saçıq şəkillər paylaşan kimi yazırlar ki, soyunmaqla reytinq qazanmaq istəyir. Əgər təklif mənə gəlibsə, niyə də etmiyim”.

Nərgiz Abdullayeva ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.