Bazar ertəsi, 27 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
Prezident mətbuatdakı dil problemlərilə bağlı tapşırıq verib -Əli Həsənov

Prezident mətbuatdakı dil problemlərilə bağlı tapşırıq verib -Əli Həsənov

Royal
06/10/2017 15:27
0
BAXIŞ
FacebookTwitterTelegram

 

Prezident mətbuatdakı dil problemlərilə bağlı tapşırıq verib -Əli Həsənov

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, media rəhbərləri və digər qonaqlar iştirak edirlər.

Konfransda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində siyasətində yer alan əsas məqamlara toxunaraq bildirib ki, dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir: “Həqiqətən də Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib: “Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib”.

Ə.Həsənov əlavə edib ki, Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olub. Fərmanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb: “Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi oldu. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib”.

Ə.Həsənov qeyd edib ki, Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl davam etdirir: “Cənab Prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulayıb, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidentinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabrda “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb”.

Prezidentin köməkçisi deyib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: “Təəssüf ki, tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir, aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur”.

Onun sözlərinə görə, təəssüf ki, hələ 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb: “Ona görə də cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib”.

Ə.Həsənov bildirib ki, Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır: “Biz bu gün teleradio məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri barədə müzakirələr aparmalı və bu sahədə mövcud problemlərə dair açıq fikir bildirməliyik. Ümid edirəm ki, bu müzakirələr yol verilmiş nöqsanların səbəblərinin aydınlaşdırılmasına və aradan qaldırılmasına kömək edəcək”.

Prezident mətbuatdakı dil problemlərilə bağlı tapşırıq verib -Əli Həsənov
Prezident mətbuatdakı dil problemlərilə bağlı tapşırıq verib -Əli Həsənov
Prezident mətbuatdakı dil problemlərilə bağlı tapşırıq verib -Əli Həsənov
Prezident mətbuatdakı dil problemlərilə bağlı tapşırıq verib -Əli Həsənov

DAHA ÇOX OXU

1-MANŞET

Qurban Qurbanovun əlini öpdüyü şəhid qızı – VİDEO

27/03/2023 11:25
1-MANŞET

Evə qəfil qayıdan qadın gördüklərinə inanmadı —Eyvana çıxanda ərinin…(FOTOLAR)

27/03/2023 11:13
1-MANŞET

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38
1-MANŞET

General Rüstəm Muradov barəsində ŞOK İDDİA

27/03/2023 08:52
1-MANŞET

İpoteka ilə ev almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR – Bu şəxslər… – VİDEO

27/03/2023 08:49
1-MANŞET

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16
SON XƏBƏR

Əbülfəz Məlikov və havadarlarının yağ biznesi: Xəyanət və xərçəng – Ekspert rəyi

Qurban Qurbanov qızı ilə - Foto

Bakıda universtitlərdə terror törətmək istəyən İŞİD-çi tutuldu

Xəbər lenti

Qurudulmuş meyvələr haqqında bunları BİLİRDİNİZMİ ?

27/03/2023 11:41

Qurban Qurbanovun əlini öpdüyü şəhid qızı – VİDEO

27/03/2023 11:25

Məktəbli qız görün nə səbəbə CANINA QIYDI

27/03/2023 11:18

Evə qəfil qayıdan qadın gördüklərinə inanmadı —Eyvana çıxanda ərinin…(FOTOLAR)

27/03/2023 11:13

Almaniyada həyat dayandı: Tətil başladı

27/03/2023 10:48

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38

Bakı bulvarında intihar edən şəxs müəllim imiş – Foto

27/03/2023 10:06

Bakıda 19 yaşlı gənci avtomobil vurub, sürücü hadisə yerindən qaçıb

27/03/2023 09:52

Dünyanın ən məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirilib

27/03/2023 09:22

Məşhur aktyor VƏFAT ETDİ – FOTO

27/03/2023 09:13

Apreldə 12 gün iş olmayacaq

27/03/2023 09:02

General Rüstəm Muradov barəsində ŞOK İDDİA

27/03/2023 08:52

İpoteka ilə ev almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR – Bu şəxslər… – VİDEO

27/03/2023 08:49

Misirdə çəkilən bu GÖRÜNTÜLƏR gündəm oldu – 2000-dən çox qoç başı …-FOTO

27/03/2023 08:43

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu KÜSDÜRÜB? – “Xırda detaldır…”

27/03/2023 07:08

Hansı bürc bu gün nələrə diqqət etməlidir? – Günə başlamazdan öncə önəmli TÖVSİYYƏLƏR

27/03/2023 06:58

ABŞ Suriyadakı mövcudluğunu saxlayacaq

27/03/2023 06:52

“Kurtlar vadisi”nin aktyoru deputat olmaq istəyir

27/03/2023 06:34

Dağıntılar altından çıxarılan nənəsi vəfat etdi

27/03/2023 06:16

Bu fotolar “Harri Potter”in ulduzunun sirrini ortaya çıxartdı

27/03/2023 06:00

Çağatayla Afra sevgilidir?

27/03/2023 05:26

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib – FOTO

27/03/2023 00:12

Təbrizdə dahi şairimiz Məhəmməd Füzulinin heykəli təhqir olundu

26/03/2023 23:59

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.