İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölmüş, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.