Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçirilir.
Bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda xarici işlər naziri BMT sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşür. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilir.
***
Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başa çatıb.
APA-nın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, görüş təxminən saat yarım davam edib.
Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.
Qeyd edək ki, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.