Gürcüstanın Batumi şəhərində qızlar və oğlanlar arasında “Miss & Mister Planet – 2017” beynəlxalq gözəllik müsabiqəsi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, ötənilki uğurlu nəticələrə görə bu dəfə ölkəmizə 3 iştirakçı ilə təmsil olunmaq hüququ verilib. Belə ki, adıçəkilən müsabiqədə Azərbaycanı Günel Məmmədova, Fəxri Qasımov və Elşad Məhərrəmov təmsil edəcək.
Günel Məmmədova “Miss & Mister Azerbaijan – 2016” model müsabiqəsində “II Vice Miss Azerbaijan” seçilib. Digər təmsilçimiz Fəxri Qasımov “Özünə bax” zövq yarışmasının qalibi olub. Elşad Məhərrəmov isə aktyor kimi seriallara çəkilir.
Qeyd edək ki, “Miss & Mister Planet – 2017” beynəlxəlq müsabiqəsinin milli direktoru Aqil Məmiyevdir. Müsabiqə 11-17 sentyabr tarixləri arasında keçiriləcək
http://s61.radikal.ru/i174/1709/2c/394585311daa.jpg
http://s04.radikal.ru/i177/1709/a1/438158583470.jpg
http://s019.radikal.ru/i630/1709/b3/9504abce205b.jpg
http://s019.radikal.ru/i606/1709/61/798e84a6822e.jpg
http://s019.radikal.ru/i605/1709/ec/53e6fb5453a5.jpg