Övladının üzünü gizlədən yerli məşhurlar – SİYAHI

Şou əhli sənətləri, qalmaqalları, şəxsi həyatı və övladları ilə nə qədər gündəmdə qalmağı sevsə də, bəziləri bundan yan qaçır. Övladlarını kameralardan və mediadan gizlədərək bir növ diqqətləri cəlb edənlər isə ən çox yerli aparıcılardır.

Publika.az sizə övladlarının simasını gizlədən yerli məşhurların siyahısını təqdim edir.

Teleaparıcı Zaur və Günay Baxşəliyevalar qızı Dilavərin 4 yaşı olmasına baxmayaraq, hələ də üzünü gizlədirlər. “Onun yarısı” proqramından sonra aralarında sevgi münasibəti yaranan və evliliklə nəticələnən cütlük bunu hansı məqsədlə etdiklərini açıqlamır.

Övladının üzünü gizlədən yerli məşhurlar – SİYAHI

Uzun müddət qalmaqallı hamiləliyi ilə gündəmdən düşməyən müğənni Şəbnəm Tovuzlunu Adellə birləşdirən təkcə çəkisi yox, həm də övladlarının üzünü göstərməməsidir. Hacı adlı şəxslə nigahda olan ifaçının oğlunun adı Əlidir.

Övladının üzünü gizlədən yerli məşhurlar – SİYAHI

“Zəif bənd” intellektual oyunu ilə məşhurlaşan aparıcı Kamilə Babayeva da övladının üzünü gizlədənlər sırasındadır. Qızı Natellanın yalnız üzü düşməyən fotolarını paylaşan aparıcı, 4 yaşlı övladının fotolarının yayılmasını istəmir.

Övladının üzünü gizlədən yerli məşhurlar – SİYAHI

Biri qız, digəri oğlan olmaqla əkiz övlad sahibi olan “5-ci element”in aparıcısı Hüsniyə Məhərrəmova da mediaya övladlarının üzünü göstərmir. İnstaqram izləyiciləri onların yalnız ayaqlarını görməklə kifayətlənir.

Övladının üzünü gizlədən yerli məşhurlar – SİYAHI

“Səni axtarıram” proqramında qonaq etdikdən sonra aralarında eşq münasibəti yaranan Doğuş və Xoşqədəm Baxşliyeva cütlüyü də əkizlərini mediadan gizlədir. Onlar Aras və Arına sosial media hesabı açsa da, onların üzlərini göstərmir. Həmin hesabda öz fotosunu paylaşıb, uşaqların adından tərifləməklə yetinən X.Baxşəliyeva izləyiciləri maraqda saxlamaqda davam edir.

Övladının üzünü gizlədən yerli məşhurlar – SİYAHI

2005-ci ildə Əsmər adlı bir xanımla ailə quran aparıcı Elgiz Əkbər də medianı qızının üzünə həsrət qoyub.

Övladının üzünü gizlədən yerli məşhurlar – SİYAHI