Məşhur “Harry Potter” filmində sehir naziri Kornelius Fudqe rolunu canlandıran aktyor Robert Hardy ölüb.
Musavat.com-un məlumatına görə, İngiltərənin sayılıb-seçilən aktyorlarından olan 91 yaşlı Robert Hardy veteran aktyorların qaldığığı baxım evindəki otağında həyatını itirib.
Qeyd edək ki, o, uzun müddət teatrda fəaliyyət göstərdikdən sonra flimlərdə çəkilməyə başlamışdı. Hardy BAFTA TV mükafatına iki dəfə namizəd göstərilib.
Musavat.com