Kolumbiyanın məşhur modeli Katerina Martinez polis bölməsinə aparılıb.
Publika.az xəbər verir ki, polis gənc modeli spirtli içki içərək dava çıxardığı üçün nəzarət altına alıb.
Qadının sərxoş olmasından faydalanan polis işçiləri onu kişi məhkumların gözü önündə soyunmağa və rəqs etməyə məcbur ediblər.
Dalaşdığı anda ayağı burxulan qadın ayaq üstə çətinliklə durub. Polislər ayağı yaralı olan qadına soyunub rəqs etməsi şərtilə oturmaq icazəsi verəcəklərini və əlindəki qandalı çıxaracaqlarını deyib.
Gənc model də çarəsiz vəziyyətdə qalıb və polislərin təklifini qəbul edib. Hadisədən sonra açıqlama verən Katerina məhkumların ona “soyun, soyun” deyə qışqırdığını və hamının onu videoya çəkməsini xatırladığını deyib:
“Bu utandıran və ürəkbulandıran bir şeydir. Ayağım yaralı ikən oturmaq üçün soyunmaq məcburiyyətində qaldım. Hazırda normal şəkildə gəzə bilmirəm. Psixoloji olaraq çox pis zərbə aldım”.
Gənc model hadisə ilə bağlı məhkəmə işi açmaq üçün artıq vəkil tutduğunu deyib.