Bakının Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari yol qəza baş verib
“Report” xəbər verir ki, Ziya Bünyadov prospektində yerləşən tuneldə “Shaqman” markalı “99-EJ-717” dövlət qeydiyyat nişanlı yük maşını 8 minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri “Hundai” markalı minik avtomobilinin sürücüsü olan Ruslan adlı şəxsdir.
Hazırda Ziya Bünyadov prospektinə giriş-çıxış bağlanıb.
***
Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
APA-nın xəbərinə görə, paytaxtın Ziya Bünyadov prospektində “Shacman” markalı yük avtomobili digər yük maşınını və 9 minik avtomobilini əzib. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.
Xəsarət alanların sayı və qəzanın təfərrüatları müəyyənləşdirilir.
Hazırda Ziya Bünyadov prospektinin əsas yolunda hərəkət dayandırılıb. Hərəkətin nizamlanması istiqamətində tədbirlər görülür.
Qəzanın səbəbləri araşdırılır.