Ələt-Astara yolunda nəqliyyat qəzası verib.
“Report” xəbər verir ki, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsində yaşanıb.
“Mercedes” markalı iki avtomobil toqquşub. Həmin avtomobillərdən biri yanacaqdoldurma məntəqəsinin binasına çırpılıb. Binada dağıntı baş verib.
Hadisə nəticəsində iki nəfər ağır yaralanıb. Onlar 30 yaşlı İbrahim Həsənov və 28 yaşlı Ənvər Əkbərovdur.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.