Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
Rusiya sindromu və Yalama döyüşü

Rusiya sindromu və Yalama döyüşü

Vahid Qazi
06/07/2017 18:47
2
BAXIŞ
FacebookTwitterTelegram

“Adamlar və kitablar” silsiləsindən

Rusiya sindromu və Yalama döyüşü

Rossiya kəlməsinə ən sadə izah verən bir foto…

Rusiya sindromu və Yalama döyüşü

Arif Əliyevin ”Yalama” kitabından qanadlanan konqlemerat fikirlər

“Yalama” sənədli povestini axır ki, mən də oxudum. İstiqlal savaşımızdan danışır. Şərəfli tarixi olaydan bəhs edir.

Arif Əliyev 96 il bizdən gizlədilən bir həqiqəti gün işığına çıxarıb. Elə bir həqiqəti tapıb ki, xəbər tutan hər vətənsevərin əti ürpəşir, fərəhdən ürəyi coşur, gözü yaşarır.

Həm də qəlbi sızlayır…

Arif bəyin tapıntısı bilirsən nəyə bənzəyir?

Təsəvvür elə, uzun illər səni inandırıblar ki, anadangəlmə sağalmaz xəstəliyin var. Sən də ömrün boyu uğursuzluqlarının səbəbini bunda görmüsən. Gün gəlir, sappasağlam olduğunu öyrənirsən.

Sən demə, biz rusun Qırmızı ordusunu gül-çiçəklə, duz-çörəklə qarşılamamışıq. Bizim bu orduyla vuruşanlarımız olub. 350 əsgərimiz Yalama sərhəd məntəqəsində 70 minlik ordunun qabağına çıxıb, dirigözlü ölümə gedib.

İnsanı vətən yolunda vuruşmağa sövq edən şərəfidi. Şərəf duyğusu olmasa adam döyüşə bilməz. Demək, yalan yazıbmışlar, bizim şərəfimiz, ləyaqətimiz, vətən sevgimiz, vətəni qorumaq üçün ölüm qorxusunu belə enən duyğumuz varmış.

”Yalama”nı mütaliə boyu neçə dəfə nənəmin söhbətlərini xatırladım. Kitabın xeyli hissəsi Cümhuriyyət ordusunun Qarabağda ermənilərlə savaşından bəhs edir. Nənəm danışırdı ki, türklər gələndə Həbib babam Ağdamda dost-tanışla, qohum-əqrəbayla dəstə düzəldib onların qabağına çıxıbmış. O vaxt bizimkilər orduya getməzmişlər. Yevlaxda türk zabitinin orduya qoşulmaq istəməyən bir kişiyə şallaq çəkməsi xəbəri babamgili də pərt edibmiş. “Kişilər bizi qorumağa gəlmişdi, biz də girmişdik evə” – sonralar nənəmə danışarmış bunu.

Beləcə qoşulubmuş Müsavat ordusuna. Əsgəran tərəfdə dizindən yaralanıbmış. Yarasının yeri uzun illər göynəyirmiş.

Kitabı oxuyub bitirmişəm. İndi oturub fikirləşirəm. Fikirləşirəm, müstəqilliyin bərpasından 26 il keçib, müstəmləkə boyunduruğu görməyən yeni nəsil də yetişib, bəs, bu qədər zülmün qarşılığında bizdəki ”ruscanlığın” səbəbi nədi!?

Gücü çatan-çatmayan dövlətlər Rusiyadan uzaq durmağa can atır, biz hələ də ona pənah yerimiz kimi baxırıq. Kimi inandırır, kimi aldadırıq?

Psixologiyada ”Stokholm sindromu” deyilən termin var. Zora məruz qalıb şok yaşamış adamlar onlara zülm edənə duyğusal hisslər bəsləyirlər. Bu termin həbsdən qaçmış bir soyğunçunun 1973-cü ildə Stokholmda ”Kreditbank”ın dörd içşisini altı gün girov saxlaması olayından sonra yaranıb. Azad olunanlar onları girov götürmüş şəxsi məhkəmədə müdafiə edirlər. Deyilənə görə, girov qadınlar sonra həbsxanaya məktublar da göndərirmişlər. Bir qadın hətta sevgilisini atıb, türmədən çıxanacan onun yolunu gözləyibmiş.

Qəribə haldı insanın ona zülm edənə pərəstişi!

Bizim Rusiyaya münasibətimiz də bu sindroma bənzəyir. Bizimkinin adı ”Rusiya sindromu” olsun gərək – xilas ola bilmirik.

Tək bizə nifrət edən, bizi publik aşağılamaqdan çəkinməyən Rusiyanın imperiyapərəst siyasət, mətbuat, ədəbiyyat adamlarının yüksək səviyyədə qəbulundan danışmıram.

Evdə balasıyla, işdə işçisiylə, kafedə sevgilisiylə, xidməti yerində müştərisiylə rusca danışan, bundan olmazın fəxarətini duyan, bununla özünü xalqın “elit” kəsimi hesab edən, əslində isə snobizmin ən gülünc halını yaşayan sarkastik kəsləri deyirəm.

Millət milli şüuru olan adamların məcmusudu. Milli şüuru olmayan insan yığnağı sosial kütlədən başqa bir şey deyil. Sovet vaxtı Moskvada çap olunan rusdilli qəzetlər – “Pravda”, “İzvestiya” və s. – Baltik respublikalarında saralanacan köşklərdə qalarmış. Estonlar, latışlar, litovlar milli şüurun inkişafı baxımdan başqa sovet xalqlarından bir neçə baş yüksək idilər.

1981-ci ilin yayında Tiflisə gəzməyə getmişdik. “Detiskiy mir” univermağında satıcı gürcü qızın mənə rəngli karandaş alan anamla rusca danışmaqdan imtina etdiyini yaxşı xatırlayıram.

Bir əsr 100 ildi. Ötən əsrin neçə ilini ”rusiyasız” yaşadıq?

Saydım, üç ildən artıq eləmədi. İkisi əsrin əvvəlində, biri sonunda…

Dinlərin Qiyamət günü olmasa bu əsr də 100 il olacaq. 17 ilini artıq yaşadıq. Bircə ilimiz belə “rusiyasız” ötüşmədi.

Elə bil “Rusiya” tək ölkə adı deyil, həm də ideologiyadı, qibləsi bəlli dindi – virusdu, tutuldun ölüncə buraxmaz.

Uzağa getməyin, 26 il qabaq istiqlalın bərpasına səs vermiş millət vəkillərini yada salın. Hərəsi bir cür o səsin cəfasını çəkir. Hələ bu yola həyatını qoymuş dərbədər minləri, onminləri demirəm.

Müstəqilliyin səfasını isə onun əleyhinə əl qaldırmışlar sürür. Deməyin, bunun ”Rusiya sindromu”na dəxli yoxdu. Birbaşa dəxli var!

Beləmi olur, müstəqillik?

Bu gün Azərbaycan tarixi növbəti ”rusiyalı” dönəmini yaşayır. Cəmiyyətin bunu dərk və dərd edən kəsimi mətbuatda, sosial şəbəkələrdə müzakirələr açır. Rus dilinin qeyri-rəsmi dominanta çevrilməsindən narahatlığını dilə gətirir.

Bu dəm Arif Əliyev Rusiya işğalına qarşı ölümünə döyüşmüş 350 vətənpərvər haqda kitab yazır. Axına qarşı üzənlərə hay verir.

10 milyona yaxın vətəndaşı olan ölkənin uzun illər gizli qalmış şərəfli bir savaşından bəhs edən kitab isə 200 tirajla nəşr olunur.

Olsun! 200 nəfər olsun! Təki millətin qabağa duran 200 vətən sevdalı əzmkar düşünəri olsun.

Milli özünüdərkin ən uca mərhələsi – Azərbaycan Xalq Cümhuriyyətini quranların sayı heç bunun yarısı qədər də deyildi.

***

Arif bəyin kitabından yazırdım səki, huşum qarışdı, fikrim getdi rusa, Rusiyaya – yaxın-uzaq ellərə, illərə.

Özümüzə sindromsuz vətən arzulayıb, müəllifə sağ ol deyib yazını bitirim.

Çox uzağa getməyim, vətən uzaqda deyil, yaxındadı. Yalamadan bəridə…

Rusiya sindromu və Yalama döyüşü

DAHA ÇOX OXU

Flash

Aramın arzusu – İlqar Rəsuldan HEKAYƏ

26/01/2023 10:02
Flash

Dəniz atları – HEKAYƏ

25/01/2023 13:02
1-MANŞET

Xankəndi mağazalarında Azərbaycan məhsulları – Manatla alış-veriş: VİDEO

04/01/2023 15:18
Flash

Onların fəalları qətliamı qınamırlar, bizim fəallar isə…

28/12/2022 10:02
Flash

Xəritədə axtardığımız Göyçə gölünə binoklsuz baxmaq səadəti

28/12/2022 10:01
Köşə

Separatçılar arasında təfriqəni necə qızışdırmalı? – Qanunsuz mədənə 1-2 raket atsaq…

28/12/2022 10:00
SON XƏBƏR
İsrailin keçmiş prezidenti Zəhranın qətlə yetirilməsindən danışdı: "Hər zaman Sizə kömək etməyə hazıram"

İsrailin keçmiş prezidenti Zəhranın qətlə yetirilməsindən danışdı: "Hər zaman Sizə kömək etməyə hazıram"

Zəhranın atası işlə təmin olundu

Zəhranın atası işlə təmin olundu

Qəzada ölən qardaşlar deputatın qohumudur... - Fotolar

Qəzada ölən qardaşlar deputatın qohumudur... - Fotolar

Xəbər lenti

Azərbaycanlı kriminal avtoritet şok ittihamla TUTULDU

29/01/2023 13:39

“Çukur”un aktyorundan Şahruddinə: “Qabağa qaçma” – VİDEO

29/01/2023 13:31

Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb

29/01/2023 13:30

Azərbaycanda “kupça”larla bağlı YENİLİK – Bundan sonra… – VİDEO

29/01/2023 13:27

Emma yaşadığı binadan ŞİKAYƏTLƏNDİ: “Su gəlmir, işıq yoxdur, lift işləmir” – FOTO

29/01/2023 13:07

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı – Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.