Aparıcısı Murad Dadaşov olan “Maşın” realiti-şouda maraqlı açıqlamalar olub.
Axşam.az xəbər verir ki, aktrisa Pərvin Abıyeva ötən gün baş verən xoşagəlməz hadisəyə görə hər kəsdən üzr istəyib:
“Mən dünən danışdığın sözlərə görə kiçikdən böyüyə hər kəsdən üzr istəyirəm. Həmişə danışığıma fikir verən olmuşam. Bütün müsahibələrimdə də belə olub. Sadəcə ötən gün gərginlik yarandı. Mən hətta Səidə Sultandan da üzr istəyirəm. Çünki o, məndən böyükdür”.
Müğənni Səidə Sultan isə Pərvinə cavab olaraq deyib:
“Biz Pərvinlə düşmən deyilik. Üzr istəyirsə, bağışlayıram. Allah bağışlayırsa, mən kiməm ki?!”.
Xatırladaq ki, ötən gün efirə gedən şouda aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan arasında dava olub.
Belə ki, P.Abıyeva isə Kənanı qorumaq üçün sevənlərindən C.Rəcəbovun əleyhinə səs istəyib.
Onun “Qardaşım üçün səs istəyirəm” sözləri S.Sultanı özündən çıxarıb.
Efir zamanı Pərvinlə Səidə bir-birinin ünvanına təhqirlər səsləndirib.