Çinin Sincan Uyğur Muxtar Rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi.
Yerli vaxtla saat 01:00-da qeydə alınan zəlzələnin episentri Taşkurqan rayonunda, ocağı isə 8 km dərinlikdə yerləşib.
***
Çində 5,5 bal gücündə zəlzələ baş verib.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Sincan Uyğur Muxtar Rayonunda qeydə alınıb.
Hadisə nəticəsində 4 nəfər ölüb, yaralıların sayı dəqiqləşdirilir. İlkin məlumata əsasən, zəlzələ dağıntılara səbəb olub. Ayrı-ayrı yerlərdə evlərin divarlarında çatlar yaranıb. Bəzi evlərin divarları uçub.
***
Çinin Sincan Uyğur Muxtar Rayonunda baş verən zəlzələ nəticəsində azı 180 bina tam və yaxud qismən dağılıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 8 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.
Yerli vaxtla saat 01:00-da qeydə alınan 5,5 ballıq zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.