Bazar ertəsi, 27 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
700 bal toplayan Mahirə: "

700 bal toplayan Mahirə: “Heç vaxt yorulmayın, yoruldum deməyin” – VİDEO

TURAN
09/05/2017 22:16
1
BAXIŞ
FacebookTwitterTelegram

700 bal toplayan Mahirə:

Mahirə Əsədzadə 162 saylı orta məktəbin məzunları sırasında 700 bal toplamış ilk abituriyentidir. O, əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəndir. Mahirənin sözlərinə görə, bu göstərici onun üçün üçqat qürürvericidir.

APA TV-nin məlumatına görə, Mahirə bu yüksək nəticəni I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında toplayıb. İmtahan zamanı həyəcanlı olduğunu, daha sonra həyəcanına qalib gəldiyini deyir.

“Sualları oxuyanda içimə bir sevinc doldu ki, bəli, mən 700 bal toplayacağam. Çıxanda valideynimə dedim ki, 690, ya da 700 bal yığacağam. Şükür ki, üzümü ağ çıxardım. Sevincimdən uçurdum, izah edə bilməyəcəyim qədər qürürverici bir hiss idi. Bu, təkcə mənim uğurum deyildi, məktəbin uğuru idi, müəllimlərimin uğuru idi, ailəmin uğuru idi. Qürur verdi mənə”.

Mahirə deyir ki, hədəfə çatmaq üçün ilk olaraq qarşına məqsəd qoymalısan.

İlk öncə hədəfimi bəlli etdim. Buna görə çalışırdım. Bu işin gecəsi, gündüzü olmur. İlk öncə aşağı siniflərdən yaxşı oxumağa başlamışam. O zaman hansınsa bir fənnə ayrı-seçkilik etməmişəm. Düşünürdüm ki, son 10-11-ci sinifdə oxuduqlarım, 11 illik tədris proqramını yiyələnmək kifayət etməyəcək. Məhdudiyyətlərim isə belə idi – yatmırdım, yeməyin vaxtını qısırdım, sosial şəbəkələrdən uzaq idim.

Müsahibim artıq seçimini də edib. Təhsilini Bakı Ali Neft Məktəbində davam edəcək. İxtisasını isə hələlik seçməyib. Gələcək abituriyentlərə mesajı da var Mahirənin.

“Məqsədyönlü çalışın, zəhmətiniz hədər getməyəcək. Heç vaxt yorulmayın, yoruldum deməyin. Hədəfinizi seçin, kim olmaq, nə etmək sualını özünüzdə cavab tapın və əmin olun ki, uğurunuz sizə yaxındır”.

I qrup üzrə 700 bal toplayanlardan biri də Akademik Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədovdur. Yüksək nəticənin onun üçün gözlənilməz olmadığını deyir.

“Mütəmadi olaraq keçirilən sınaq imtahanlarında topladığım ballar, həm müəllimlərimin, həm də özümdə bir inam yaradıb. Həyəcan yox idi, özümü tam hazır hiss edirdim. Desəm ki, bütün günümü oxumağa sərf etmişəm, yalan demiş olaram. Liseyin ictimai həyatında yarışmalara, olimpiadalara, əyləncələrə də vaxt ayırmışam. Amma əsas diqqətimi dərslərimə yönəltmişəm”.

Müsahibim Bakı Ali Neft Məktəbində mühəndislik ixtisası üzrə təhsil almaq istədiyini deyir.

Xalidə Əliyeva isə Bakı şəhəri 220 saylı məktəb-liseyin məzunudur. O da eyni ixtisas qrupu üzrə 700 bal toplayıb. Müsahibim təkcə son iki ildə hazırlaşaraq yüksək nəticə qazanmağın kifayət etmədiyinin deyir. O, 700 balı yığmaq üçün xüsusi bir formulun olmadığını, bunun üçün sadəcə aramsız oxumağın vacib olduğunu deyir.

“Aşağı siniflərdən topladığım elmi bazanın sayəsində iki il müddətində daha yaxşı hazırlaşaraq 700 bal yığdım. Bu il ilk dəfə idi ki, iki dəfə imtahan keçiriləcəkdi. Birincidə mən iştirak etdim. Sözün açığı, birinci dəfə imtahanların keçən ilki tarixdən iki ay əvvəl keçiriləcəyini eşidəndə qorxdum. Amma sonra dedim ki, niyə də yox. Daha da çox hazırlaşdım. Şükür ki, 700 balı yığdım”.

Xalidə də bu illər ərzində özünə məhdudiyyətlər qoyub. Belə ki, o, telefondan, televiziyadan, sosial şəbəkələrdən uzaq durub.

“Bunlar fikri çox yayındırır. Sadəcə dərs oxumaq lazımdır. Gündəlik dərsləri yaxşı oxumaq lazımdır. Hər günün dərsini o gün oxumaq lazımdır. Çünki bu çox yaxşıdır. Sabah oxuyaram, imtahan yaxınlaşanda oxuyaram deyib, bir kənara qoymasınlar. O gün oxusunlar”.

Xalidə hələlik harada təhsil alacağına dair qərar verməyib.

I ixtisas qrupu üzrə 700 bal toplayanlardan biri də Gəncə şəhəri 26 saylı məktəb-lisey kompleksinin məzunu Abdulla Əsgərzadədir. Abdullanın atası həkim, anası isə musiqi müəlliməsidir. Özündən böyük olan iki bacısı tələbədir.

İmtahandan çıxan kimi cavabları yoxladım. Azərbaycan dilindən bir-iki suala əmin deyildim. Onlar da düz olandan sonra əmin oldum ki, maksimum nəticə göstərmişəm.

Abdulla Əsgərzadə daha çox fizika fənninə maraq göstərir. Aşağı siniflərdən başlayaraq ciddi hazırlaşdığını deyən abituriyent onun uğurunda təhsil aldığı liseyin müəllimlərinin böyük əməyi olduğunu qeyd edir.

“Abdulla 7-ci sinifdən bizdə təhsil alır. Ödənişsiz təhsil alanlardan biridir. Onun aşağı siniflərdən təhsilə və dərsdən əlavə işlərə marağı bizdə onun yüksək nəticə əldə edəcəyinə əminlik yaratmışdı. Çox sevinirik ki Abdulla bizim bu inamımızı doğrultdu”.

Abdulla Əsgərzadə Bakı Ali Neft Məktəbində və ya ADA Universitetində təhsil almaq niyyətindədir.

Qeyd edək ki, mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qruplar üzrə keçirilən qəbul imtahanında 7 nəfər maksimum 700 bal toplayıb.

DAHA ÇOX OXU

Dünya

Almaniyada həyat dayandı: Tətil başladı

27/03/2023 10:48
1-MANŞET

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38
1-MANŞET

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16
1-MANŞET

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu KÜSDÜRÜB? – “Xırda detaldır…”

27/03/2023 07:08
1-MANŞET

Hansı bürc bu gün nələrə diqqət etməlidir? – Günə başlamazdan öncə önəmli TÖVSİYYƏLƏR

27/03/2023 06:58
Flash

Çağatayla Afra sevgilidir?

27/03/2023 05:26
SON XƏBƏR
Həsən Ruhani: “Onlar edamdan başqa heç nə bilmir”

Həsən Ruhani: “Onlar edamdan başqa heç nə bilmir”

Diana Hacıyeva "Eurovision"un finalında çıxış edəcək

Diana Hacıyeva "Eurovision"un finalında çıxış edəcək

Bu gün Heydər Əliyevin doğum günüdür

Bu gün Heydər Əliyevin doğum günüdür

Xəbər lenti

Almaniyada həyat dayandı: Tətil başladı

27/03/2023 10:48

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38

Bakı bulvarında intihar edən şəxs müəllim imiş – Foto

27/03/2023 10:06

Bakıda 19 yaşlı gənci avtomobil vurub, sürücü hadisə yerindən qaçıb

27/03/2023 09:52

Dünyanın ən məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirilib

27/03/2023 09:22

Məşhur aktyor VƏFAT ETDİ – FOTO

27/03/2023 09:13

Apreldə 12 gün iş olmayacaq

27/03/2023 09:02

General Rüstəm Muradov barəsində ŞOK İDDİA

27/03/2023 08:52

İpoteka ilə ev almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR – Bu şəxslər… – VİDEO

27/03/2023 08:49

Misirdə çəkilən bu GÖRÜNTÜLƏR gündəm oldu – 2000-dən çox qoç başı …-FOTO

27/03/2023 08:43

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu KÜSDÜRÜB? – “Xırda detaldır…”

27/03/2023 07:08

Hansı bürc bu gün nələrə diqqət etməlidir? – Günə başlamazdan öncə önəmli TÖVSİYYƏLƏR

27/03/2023 06:58

ABŞ Suriyadakı mövcudluğunu saxlayacaq

27/03/2023 06:52

“Kurtlar vadisi”nin aktyoru deputat olmaq istəyir

27/03/2023 06:34

Dağıntılar altından çıxarılan nənəsi vəfat etdi

27/03/2023 06:16

Bu fotolar “Harri Potter”in ulduzunun sirrini ortaya çıxartdı

27/03/2023 06:00

Çağatayla Afra sevgilidir?

27/03/2023 05:26

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib – FOTO

27/03/2023 00:12

Təbrizdə dahi şairimiz Məhəmməd Füzulinin heykəli təhqir olundu

26/03/2023 23:59

İlham Əliyevə Qalatasaray forması hədiyyə edildi – FOTO

26/03/2023 22:25

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın”

26/03/2023 21:50

Mehriban Əliyevadan “Qarabağ” – “Qalatasaray” oyunu ilə bağlı paylaşım

26/03/2023 21:30

Evdə cansız şəkildə tapıldı – müəmma çoxdur

26/03/2023 21:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.