Türk serialı ilə gündəmə gələn qəhrəman qadın – Qara Fatma kimdir? - FOTOLAR

Türk qadını tarixin bütün zamanlarında cəsur və şərəfli bir xarakterə sahib olub. Hazırda Türkiyədə yayımlanan “Vatanım Sensin” serialında obrazı canlandırılan Qara Fatma ləqəbi ilə tanınan Fatma Seher Erden Türkiyə tarixinin qəhrəman qadınlarındadır.

Musavat.com sizə Türkiyə tarixinin cəsur qadını haqqında maralı faktları təqdim edir.

Fatma 1888-ci ildə Ərzurumda anadan olub. Osmanlı–Rus savaşından 10 il keçsə də müharibənin təsirləri hələ də hiss edilirdi. Ruslar artıq Qars-Ardahan ərazisinə qədər gəlib çıxmışdı. Fatma bu çətinliklər, savaş içərisində və sözsüz ki, vətən sevgisi ilə böyüdü. Gənc yaşlarında Türk ordusunun zabiti Əhməd bəy ilə evləndi. Ər-arvad vətən üçün çiyin-çiyinə vuruşmağa başladı. Düşünmədən canlarını belə, ortaya qoydular.

Türk serialı ilə gündəmə gələn qəhrəman qadın – Qara Fatma kimdir? - FOTOLAR

Birinci Dünya Müharibəsi zamanı Qafqaz cəbhəsində ruslara qarşı savaşdılar. Bir çox türk hərbçilərinin şəhid olduğu savaşda Fatmanın həyat yoldaşı Əhməd bəy də şəhid olu.

Fatma hüznünü qəlbinə basaraq “Vətən sağ olsun” deyib Ərzuruma geri döndü. Atəşkəs zamanı ölkəsindəki vəziyyəti, insanları yaxından izləyirdi. Vətənini və xalqını əsarətdən qurtarmağa hər an hazırdı. Hər nə vəzifə olur-olsun vətən üçün ölməyə hazır idi.

Türk serialı ilə gündəmə gələn qəhrəman qadın – Qara Fatma kimdir? - FOTOLAR
15 may 1919-cu ildə İzmirin işğal edilməsindən sonra bütün Türk xalqı ayağa qalxdı. Bir an əvvəl vətəni müdafiə etmək lazım idi. Türk zabitləri təcili toplantılar keçirir, cəbhədəki güclərini möhkəmlədirdi. Bu vəziyyətdə təbii ki, Qara Fatma boş dura bilməzdi.

Həmin günlərdə Osmanlı İmperatorluğu tərəfindən qurulan 9-cu ordu müfəttişi Mustafa Kamal Paşa Samsundan teleqraf göndərərək İzmirin işğalının qəbul edilməyəcəyini deyirdi. Qara Fatma 1919-cu ildə Sivas konqresinə gedərək şəxsən paşa ilə görüşdü. Bundan sonra İstanbula gələrək, güney cəbhəsində erməni və fransızlara qarşı savaşan Türk əsgərləri üçün külli miqdarda silah-sursat apardı.

Türk serialı ilə gündəmə gələn qəhrəman qadın – Qara Fatma kimdir? - FOTOLAR

İstiqlal savaşı sırasında da qərb cəbhəsində şəxsən yunanlara qarşı vuruşdu. Qadınlardan ibarət şəxsi heyət yaradaraq xeyli sayda yunan əsgərini məhv etdi.

Müharibə bitdikdən sonra təqaüdə çıxan Qara Fatma, bütün aldığı təqaüdü Türkiyə Silahlı Qüvvələrinə bağışladı. İki oğlu və həyat yoldaşı vətən uğrunda şəhid oldu. Bütün bu fədakarlıqlardan sonra həyatının qalan hissəsini tək yaşamağa məhkum idi.

Türk serialı ilə gündəmə gələn qəhrəman qadın – Qara Fatma kimdir? - FOTOLAR
Lakin Qara Fatma hər zaman başı dik və qürurlu idi. 1934-cü ildən sonra Fatma Seher Erden adını aldı. Türkiyə ordusu tərəfindən də xüsusi qəhrəmanlıqlarına görə dəfələrlə şərəf ordeni ilə təltif edilib. O dövrün İstanbul bələdiyyə sədri olan Lütfi Kırdar Qara Fatmaya ev verdi. Və Türkiyə hökuməti tərəfindən ona işləmədən aylıq maaş verildi. O, 1955-ci ildə 67 yaşında yaşadığı evdə vəfat etdi.

Qeyd edək ki, hazırda Türkiyə telekanallarından birində yayımlanan “Vatanım Sensin” serialında bu qəhrəman qadının obrazı aktisa Demet Evgar tərəfindən canlandırılır.

Turan Oruc,
Musavat.com

Türk serialı ilə gündəmə gələn qəhrəman qadın – Qara Fatma kimdir? - FOTOLAR