Amerikalı kinoaktrisa, model, müğənnini qırmızı dodaqları və sarı saçları ilə tanıyırdılıar. Uşaq evində böyüyən aktrisa 11 yaşında xalası uşaqları tərəfindən zorlanmışdı. O, 22 yaşında “Columbia Pictures” studiasından qovuldu. Merlin daha sonra barlarda striptiz göstərərək pul qazanmağa başladı. Onun məşhur olması isə 1953-cü ildə “Niagara” filmi ilə başladı.
Aktrisanın 5 avqust 1962-ci ildə dərman içərək intihar etməsi bütün dünyanı sarsıtdı. Lakin bu günə kimi də aktrisanın ölümü ilə bağlı müxtəlif versiyalar söylənilir.
Medianews.az sizə tarixin ən məşhur simalarından olan Merlin Monronun ölümü haqqında ilginc faktları təqdim edir.
Həddindən artıq çox dərman qəbul edərək öldüyü deyilsə də mədəsindən bir ədəd belə, dərman tapılmadı.
Həkimlərin dediklərinə görə, Merlin Monro 40 ədəddən çox “nembutal” adlı dərmanı qəbul edib. Lakin ekspertiza zamanı mədəsindən heç bir dərman tapılmamışdı. Los-Ancelesin baş həkimi açıqlamasında onun narkotik aludəçisi olduğunu, bu səbəbdən də içdiyi dərmanların tez həzm olunduğunu söyləmişdi.
Bəzi iddialar görə isə Monronu, FTB, Amerika kəşfiyyatı və evində işləyən xidmətçi öldürüb.
Merlinin öldüyü gecə evindəki xadimə yataq örtüklərini yumuşdu
Melin Monro ölən gecə hadisə yerinə gələn Los-Anceles polisi Cek Klemmons qəribə detallarla üzləşdi. Polisin açıqlamasına görə, xadimə dərhal çarpayıdakı üzlükləri yuyub, qurulayıb, yerinə qoymuşdu. Ayrıca polis xadimənin qəribə davranışlar edib, suallara yayındırıcı cavablar verdiyini də söyləyirdi.
Ölümündən əvvəl son telefon danışığı
Monro öldüyü gecə bir çox insanla telefonla danışmışdı. Ən son həyat yoldaşının qardaşına zəng edib.
Peter Lavfordun söylədiklərinə görə, o, narkotikin təsirində idi: “Salamat qal, özünə yaxşı bax, sən yaxşı insansan”.
Narahat olan Lavford Merlinin vəkilinə onun yaxşı olub-olmadığını yoxlamağı tapşırdı. Vəkil evə zəng edərək evin xadiməsindən Merlinin necə olduğunu soruşub və qadın Monronun çox yaxşı olduğunu deyib. Lakin həmin anlarda Merlin artıq ölü idi.
30 dəqiqə içində baş tutan ölüm
Merlin Monro həyatının son 30 dəqiqəsində ilk olaraq həyat yoldaşına daha sonra həyat yoldaşının qardaşına zəng edərək danışmışdı. Narkotikin təsirində olduğu üçün onun normal danışmadığını deyən Lavford onun özünü təklənmiş hiss etdiyini deyirdi. Buna görə də şübhələr artırdı.
Ölümündən dərhal sonra hadisə yerinə gələn polis deyilmiş
Merlinin psixoloqu və həkimi evə ilk gələn şəxslər olub. Onlar polisə gecə saat 4:25-də xəbər verib. Merlin Monronun intihar etməsi isə 3:00-da aşkar edilmişdi. Təxminən 1,5 saat evdə meyitlə yalnız qalan xadimə, həkim və psixoloqun nə etdikəri də aşkar edilmədi. Polisin sorğusuna isə “Reklam menecerindən icazə alınmalı idi” deyə cavab verdilər.
Ölümün son araşdırması
Aktrisanın ölümü bir qasırğa kimi və iddialarla dolu idi. 1982-ci ildə yenidən araşdırmalar başladıldı və 3 ay yarıma 29 səhifəlik sənəd hazırlandı. Və bu, Monronun haqqında aparılan son araşdırma idi. Son olaraq açıqlama verən prokuror Merlin Monronun qətiyyən cinayət qurbanı olmadığını, onun ya artıq dozada dərman qəbul etdiyini, ya da bilərək intihar etdiyini söylədi. Və bundan sonra bu hadisənin araşdırılmasını qadağan edən prokuror bunun gərəksiz olduğunu da deyib.
Ölməsəydi, 3 gün sonra evlənəcəkdi
Merlin Monro 1954-cü ildə Co Di Maggo ilə evləndi. Lakin evlilikləri 1 il belə, getmədi. Evliliklərinin 9-cu ayında boşandılar.
Merlin 1961-ci ildə ruhi xəstəxanaya yerləşdirildi. O, xəstəxanadan çıxmaq üçün Di Maggodan kömək istəmişdi. O dövrün yazarlarının qeydlərinə görə, Merlin Monro 1962-ci il avqustun 8-də evlənəcəkmiş. Lakin boşanmalarına baxmayaraq Di Maggo Monronu daha çox sevirdi. Di Maggo, Monro öldükdən sonra davamlı olaraq 20 il ərzində, həftədə 3-4 dəfə onun məzarına güllər yolladı. Merlinin dəfn hazırlıqlarını da Di Maggo hazırladı. O, dəfni özəl olaraq 30 nəfərlik bir mərasim olaraq təşkil etdi.
Merlin Monro haqqında daha bir ilginc detal da onun doğum tarixi ilə ölüm tarixindəki dəyişən rəqəmlərdir. Belə ki, diqqət etsək, aktrisanın doğum tarixi 1926-cı il, ölüm tarixi isə 1962-ci ildir.
36 il davam edən həyatında dünyanı heyrətləndirməyi bacaran aktrisa günü bu gün də xatırlanır.
S.Ələsgər
Medianews.az